AUROL

AUROL

28.00 AZN
N 60 kapsula
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Müalicə zamanı kompleks terapiyada;

Sidik daşlı xəstəlik;

Kristalluriya ( sidik turşulu diatezi );

Xroniki və kəskin sistit və pielonefrit;

Xroniki qlomerulonefrit;

Böyrəklərdə və sidikçıxarıcı yollarda ( o cümlədən daşların kənarlaşdırılmasından sonra ) daşların yaranmasının

profilaktikası üçün.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Aurol preparıtını müəyyən miqdarda su içməklə daxilə qəbul edirlər. Böyüklər sutkada 2-3 dəfə 1-2 kapsul, 6

yaşdan etibarən uşaqlar sutkada 2-3 dəfə 1 kapsul. Preparatın qəbul kursunun davametmə müddəti həkim

tərəfindən müəyyən olunur.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

ƏLAVƏ TƏSİRLƏRİ:

Nadir hallarda preparatın komponentlərinə qarşı allergik reaksiyalar mümkündür.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Hər hansı bir komponentə qarşı fərdi dözülməzlik yarandıqda Aurol qəbul etmək olmaz və ya

mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərdən istifadə etmək olmaz ( Asteraceae ). Ürək və ya böyrək

çatışmazlığı səbəbindən yaranmış ödəmələr zamanı ehtiyatlı olmaq lazımdır.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:

Aurol antiseptiklərlə və antibiotiklərlə eyni vaxtda istifadə olunduğu zaman onların təsirini gücləndirir.

Tərkibində sitrat kompleksi olan digər preparatlarla eyni vaxtda istifadə olunduqda, sidiyin pH nəzarət etmək

lazımdır.

DOZADAN ARTIQ İSTİFADƏ:

Aurol preparatından dozadan artıq istifadə halları barədə məlumat yoxdur.


 
Hər kapsulun tərkibində:

Ayıqulağı – 30 mq;

Cəfəri kökünün quru ekstraktı – 60 mq;

Toz ağacı yarpağının quru ekstraktı – 60 mq;

Mərcangila yarpağının quru ekstraktı – 30 mq;

Toz halına salınmış paxla meyvə yanlığı – 80 mq;

Quş üzümü – 120 mq.

Natrium sitrat – 30 mq, Kalium sitrat – 30 mq.

Köməkçi maddələr: mikrokristallik sellüloza, susuz kolloid silisium dioksid, maqnezium stearat.

Kapsulun örtüyünün tərkibi: titan dioksid, sarı dəmir oksid, xlorofillin, təmizlənmiş su.

 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.