SEDATİVE DROPS

SEDATİVE DROPS

4.18 AZN
35  ML DAMCI
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Sakitləşdirici damcının tərkibində aşağıdakı təsiredici maddələr vardır:

Mələkotu kökündə furankumarinlər qrupundan olan angelisin, badrənc otunda fenol turşuları qrupundan olan

rozmarin turşusu, pişikotu kökündə valepotriatlar, mayaotu qozasındaolan lupulin, həmçinin lavanda

çiçəklərində olan efir yağı ( oleum Lavandulae ).

Bunun hesabına preparat mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir, ürəyin işinə, həmçinin, mədə və

bağırsağın funskiyalarına tənzimləyici təsir göstərir, spazmolitik aktivliyinə malikdir. Stress vəziyyətlərində,

psixoemosional gərginlik zamanı, nevrozlarda, əsəbilik zamanı, yuxusuzluqda istifadə olunması tövsiyyə olunur.


İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Preparat mərkəzi sinir sisteminin yüksək oyanıqlığı zamanı, sinir oyanıqlığı zamanı, həmçinin ürək döyüntüləri

tezliyinin artması zamanı, aritmiyalarda və həzm traktının nevrotik vəziyyətlə bağlı disfunksiyalarında

sakitləşdirici və ürəyin işini tənzimləyici dərman vasitəsi kimi istifadə olunur.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. Bütövlüklə orqanizmin oyanqlığı ilə

müşayiət olunan kəskin qastritdə və 12-barmaq bağırsağın iltihabı zamanı istifadə edilməsi tövsiyyə olunmur.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Tərkibində alkoqol olduğu üçün həkim təyinatı olmadan 7 yaşa qədər uşaqlarda istifadə olunmamalıdır.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:

Preparatın ayrı-ayrı komponentlərinin ana südü ilə xaric olması barədə məlumat olmadığı üçün onu hamiləlik

və laktasiya dövründə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:

Bu vaxta qədər digər dərman vasitələri ilə qarşılıqlı təsiri aydınlaşdırmamışdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Böyüklər və 14 yaşdan böyük uşaqlar: gündə 1-3 dəfə 2-5 ml ( 1 çay qaşığı );

7 yaşdan 14 yaşa qədər uşaqlar: gündə 1-3 dəfə 15-20 damcı.

DOZA HƏDDİNİN AŞILMASI:

Preparatın doza həddinin aşılması simptomları əzginlik və yuxuyameyillik ola bilər.

Preparatın tərkibində aşağıdakı dərman bitkilərinin etil spirti ilə alınmış ekstraktı ( 1:2 ) vardır: 25 hissə pşikotu

kökü, 25 hissə bədrənc otu, 20 hissə mələkotu kökü, 15 hissə mayaotu qozası, 15 hissə lavanda çiçkələri.

 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.