VİALACT

VİALACT

16.00 AZN
N 14 VAQİNAL KAPSULA
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Vialact-dan aşağıdakı hallarda uşaqlıq yolunun normal mikroflorasını bərpa etmək və qoruyub saxlamaq üçün

istifadə olunur:

-  Səciyyəvi və qeyri-səciyyəvi vaginal infeksiyaların profilaktikas və müalicəsi;

-  Vaginitin, eləcə də bakterial etiologiyalı vaginitin kompleks terapiyası;

-  Müxtəlif etiologiyalı uşaqlıq yoli disbiozunun profilaktikası;

-  Müxtəlif antibiotiklərin, peroral və ya vaginal kontraseptovlərin istifadəsi zamanı;

-  Yerli ginekoloji müdaxilələr aparılmamışdan qabaq;

-  Tamponlardan, yerli kontraseptivlərdən istifadə, qeyri-kafi gigiyena zamanı profilaktik tədbir kimi;

-  Uşaqlıq yolundan gələn ifrazatları zamanı.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərinə yüksək həssaslıq.

ƏLAVƏ TƏSİRİ:

Preparat yaxşı mənimsənilir. Nadir hallarda yerli allergik reaksiyalar mümkündür ( qaşınma, yandırma hissi,

uşaqlıq yolunun sekresiyasının artması ).

İSTİFADƏ QAYDASI VƏ DOZALARI:

Yerli istifadə üçün ( intraviganal ). Kapsulları şəxsi gigiyenaya dair bütün qaydalara riayət etməklə, uşaqlıq

yolunun tam içərisinə daxil etmək lazımdır.

Vialact-dan 7-10 gün ərzində gündə 1-2 kapsul ( birini səhər, digərini isə axşam, yatmamışdan qabaq )

olmaqla istifadə olunur. Lazım gəldikdə müalicəni təkrar etmək olar.

DOZA HƏDDİNİN AŞILMASI:

Hal-hazıra qədər dozadan artıq istifadə halları barədə məlumat verilməmişdir. Dozadan artıq istifadə pasiyentin

vəziyyətini təhlükə altına qoymur.

DİGƏR DƏRMAN MADDƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:

Vialact pasiyentlər tərəfindən antibakterial, trixomonasid və ya göbələkəleyhinə dərmanlarla ( metronidazol və

kotrimoksazol istisna olmaqla ) iləeyni vaxtda istifadə olunmamalıdır. Bundan başqa, müalicə dövründə

müxtəlif antiseptik məhlullarla edilən vaginal şırnaqlardan çəkinmək lazımdır, çünki onlar preparatın effektliyini

aşağı sala bilərlər.

1 vaginal kapsulun tərkibində minimum 3.6x109 Lactobacillus rhamnosus;

0.3x10
9 Lactobacillus reuteri.

Köməkçi maddələr: nişasta 341 mq, laktoz 116 mq, maqnesium stearat 17 mq, askorbik asit 2 mq, jelatin

( kapsul ) 96 mq.

 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.