KİDACTİVİT

KİDACTİVİT

14.50 AZN
120 ML SİROP
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

A vitamini gözün görmə qabiliyyətini, daxil üzvlərin selikli qişaların normal inkişafı üçün vacibdir. A vitamini

çatışmazlığı “toyuq körluğuna” yanı zəif işiqlanma şəraitində aydın göməməyə səbəb olur. A vitamini uşağın

hüceyrələrini, toxumalarını və orqanlarını yadcismli çirkləndirici maddələr, radiasiya kimi əlverişsiz ekoloji

amillərin zədələyici təsirlərindən qoruyur. A vitamini orqanizmin normal böyüməsi və inkişafın təmin edir. A

vitamini dişlərin, dırnaqların, saçların və selikli qişaların infeksion amillərə qarşı müqaviməti artırır, dərinin

baryer funksiyasını gücləndirir. A vitamini çatışmazlığı zamanı orqanizmin infeksiyalara qarşı müqaviməti azalır.

D vitamini fosfor və kalsium mübadiləsini tənzimləyir və onların mənimsənilməsini təmin edir. D vitamini

sümüklərin və dişlərin formalaşması və raxitin profilaktikası üçün vacibdir. D vitamini çatışmazlığı zamanı

uşaqlarda dişlərin çıxmasının ləngiməsi və onurğa sütunun, qabırğaların, aşağı ətrafların sümüklərində

deformasiya müşahidə olunur.

E vitamini güclü antioksidant və immunostimulyatordur. E vitamini çatışmazlığı zamanı distrofiya müşahidə

olunur. E vitamini əzələ toxumasının normal formalaşması və bərpa mexanizmlərini sürətləndirmək üçün

vacibdir. Pediatrik praktikada E vitamini hipotrofiyalar zamanı istifadə olunur.

C vitamini ( askorbin turşusu ) vacib biokimyəvi oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir, bir sıra

fermentlərin fəaliyyətini aktivləşdirir. C vitamini dişlərin, damarların, əzələlərin, qan damarlarının, həmçinin

sümüklərin, qığırdaqların və vətərlərin formalaşması və inkişaf üçün vacibdir. Orqanizmin hüceyrələrini

möhkəmləndirir, karbohidrat mübadilənin tənzimlənməsində, toxumların regenerasiyasında iştirak edir. C

vitamini virusların bölünməsinin qarşısını alan interferonun sintezini artırır. C vitamini allergenlərin təsirini

azaldır. C vitaminin çatışmazlığı zamanı tez yorulma, ümumi zəiflik müşahidə olunur.

B1 vitamini ( tiamin monohidrat ) uşaq orqanizmini enerji ilə təchiz edən karbohidratların mübadiləsində

mühüm rol oynayır. Fermentlərin tərkibinə daxildir: zülal, yağ və su mübadiləsinə təsir edir.

GÖSTƏRİŞLƏRİ:

-  Büyümə və inkişaf dövründə hipovitaminozların profilaktikası;

-  Sümük sisteminin formalaşma dövrü;

-  Bağırsağın xroniki pozulmaları;

-  Payız-qış dövründə qripin və zökəmin profilaktikası;

-  Tez-tez zökəm xəstəlikləri zamanı;

-  İştahının zəif olması, tez yorulma halları, ümumi zəiflik;

-  Nitq inkişafının ləngiməsi, mənimsəmənin və yaddaşın zəi olması hallarında.

ƏKS GÖSTƏRİŞLƏRİ:

Preparata qarşı yüksək həssaslıq.

YAN TƏSİRLƏRİ:

Nadir hallarda allergik reaksiyalar müşahidə ola bilər.

DOZALANMA VƏ QƏBUL QAYDASI:

Yaş
Doza
Qəbul tezliyi
6 ay – 1 yaş
5 ml
Gündə 1 dəfə
1-4 yaş
10 ml
Gündə 1 dəfə
4-6 yaş
15 ml
Gündə 1 dəfə
6- 10 yaş
10 ml
Gündə 1 dəfə

 
Hər bir 15 ml siropun tərkibinə daxildir:

Aktiv komponentlər
Sut. təlab. %
4 yaşa qədər
4 yaşından yuxarı
A vitamini
2250 BV
90
45
D vitamini
360 BV
90
90
E vitamini
13,5 BV
135
45
C vitamini
24 mq
135
90
B1 vitamini
0,814 mq


B2 vitamini
1,08 mq


B6 vitamini
0,945 mq


B12 vitamini ( piridoksin HCİ )
0,0405 mq


Niasin ( niasinamid )
12,2 mq
136

Lesitin
10 mq




Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.