MONOFER

MONOFER

11.40 AZN
30 ML DAMCI
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Yarımçıqdoğulmuşlarda, yenidoğulmuşlarda və uşaqlarda dəmirdefisitli anemiyanın müalicə və profilaktikasında

istifadə olunur.

ƏKS GÖSTƏRİŞLƏR:

Dəmir çatışmazlığı ilə əlaqədar olmayan ( məs. hemolitik anemiya və ya B12 vitamin çatışmazlığı ilə əlaqədar

ola izəolunmuş meqaloblastik ) anemiyalar, hiperhəssaslıq. Orqanizmdə çox miqdarda dəmirin toplanması

( məs. hemosideroz, hemoxromatoz ). Dəmirin xaricolma mexanizmlərinin pozğunluqları ( məs. qurğuşun

anemiyası, sideroaxrestik anemiya ).

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:

Dəmir duzları mədə-bağırsaq traktında tetrasiklin qrupu antibiotiklərin sorulmasını pozur. Bərk halda olan

qidalar, çörək, süd məhsulları, yumurta dəmirin absorbsiyasını zəiflədir, tetrasiklin qrupu antibiotikləri,

həmçinin pensillaminlə birgə istifadə edilərkən dəmirin sorulmasını və antibiotikin antimikrob aktivliyini

zəiflədən kompleks birləşmələr əmələ gəlir.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Nəcisin tünd rəngdə olması sorulmayan dəmirin xaric olması ilə əlaqədardır və xüsusi klinik əhəmiyyət kəsb

etmir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

1 yaşa qədər uşaqlarda – 6 damcı ( 0,3 ml ) gündə 1 dəfə;

1 yaşdan 4 yaşadək uşaqlarda – 10 damcı ( 0,5 ml ) gündə 1 dəfə;

4 yaşdan 12 yaşadək uşaqlarda – 15-20 damcı ( 0,8-1 ml ) gündə 1 dəfə;

12 yaşdan böyük uşaqlara – 20 damcı ( 1 ml ) gündə 2 dəfə.

Damcını bir miqdar mayə ilə ( ana südü və ya su ilə ) qəbul etmək məsləhət görülür. Müalicənin dəmirin

orqanizmdə normal göstəriciyə çatdıqdan sonra ən azı 8-12 həftə ərzində dəvam etdirmək lazımdır, sonra isə

saxlayıcı dozanı təyin etmək məsləhət görülür.

ƏLAVƏ TƏSİRLƏRİ:

Nadir hallarda mədə-bağırsaq pozulmaları ( mədədə ağırlıq hissi, epiqastral nahiyyədə ağrı, ishal və ya qəbizlik

) rast gəlinir. Dozanı azaltdıqda bu simptomlar aradan qalxır.

 
30 ml flakonda daxilə qəbul etmək üçün damcı.

Təsiredici maddə: hər 1 ml-də 149 mq Ferrum Sulfat ( 30 mq dəmir ionuna ekvivalentdir ).

Köməkçi maddələr: metil paraben, propil paraben, limon turşusu, saxarin, şəkər, portağal aromatizatoru, qliserin,

karboksimetilseluloza.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

MONOFER-in tərkibindəki Ferrum sulfat ( iki valentli dəmir ) dəmir-sulfat duzu şəkilində olub dəmir

çatışmamazlığının müalicəsi üçün istifadə olunan antianemik preparatdır. Dəmir insan orqanizminin vacib

hissəsidir. O, hemoqlobinin, mioqlobinin və bir sıra digər fermentlərin tərkibinə daxildir. Toxumalara və əsas da

beyinə oksigenin daşınmasında iştirak edir. Eritopoezi stimulə edir.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.