TOPROSEF 1.0 Q

TOPROSEF 1.0 Q

5.51 AZN
N 1 FLAKON
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Yuxarı və aşağı tənəfüs yollarının, dəri və yumşaq toxumaların, sidik – cinsiyyət üzvlərinin, sümük-oynaq

sisteminin infeksion-iltihabi xəstəlikləri; intaabdominal infeksiyalar, bakterial septisemiya, meningitlər,

perioperasion profilaktika.

ƏKS GÖSTƏRİŞLƏR:

Sefalosporinlərə qarşı yüksək həssaslıq.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

İstifadəsində əvvəl xəstələrin beta-laktam antibiotiklərə ( penisillinlər, sefalosporinlər ) və s. dərman

preparatlarına qarşı yüksəlmiş həssaslığının olub – olmamasına yoxlamaq lazımdır.

Anafilaktik şok inkişaf edərsə v/d adrenalin, kortikosteroidlər yeritmək və digər təxirsəsalınmaz müalicə

tədbirləri görmək lazımdır.


UŞAQLARDA İSTİFADƏSİ:

Uşaqlarda müvafiq yaş dozalarında təyin olunur. Seftriakson in vitro bilirubini birləşmələrdə çıxarır. Buna görə

seftriaksonu hiperbilirubinemiyalı yenidoğulmuşlara və yarımçıqdoğulmuşlara təyin etmək məsləhət görülmür.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Böyüklərə və 12 yaşdan böyük uşaqlara adətən 1-2 q dozada sutkada 1 dəfə və ya 12 saat fasilələrlə 2

yeridilməyə bölünməklə təyin olunur. Maksimal sutkalıq doza 4 q-dan artıq olmamalıdır.

ƏLAVƏ TƏSİRLƏRİ:

Adətən seftriakson yaxşı mənimsənilir. Bəzi hallarda aşağıdakı əlavə təsirləri müşahidə oluna bilər: yerli

reaksiyalar-inyeksiya yerində ağrı və ödem, nadir hallarda v/d yeridilmə zaman-flebit, hiperhəssaslıq

reaksiyalar dəri səpgiləri, nadir hallarda – hərarətin yüksəlməsi, qaşınma, titrətmə, qan sistemi tərəfindən-

eozinofiliya, nadir hallarda trombositoz, anemiya, limfopeniya, neytropeniya, protrombin müddətininin

uzanması, MBT tərəfindən- ishal, nadir hallarda-ürəkbulanma, qusma.

DOZA HƏDDİNİN AŞILMASI:

Doza həddinin aşılması baş verərsə hemodializdən istifadə olunur. Xüsusi antidotu yoxdur.
Təsiredici maddə: hər flakonda 1 q ə 0.5 q seftriaksona ekvivalent dozalarda. Seftriakson natrium var.

Köməkçi maddələr: həlledici ampulun içində 3,5 ml və 2 ml 1%-li lidokain hidroxlorid.
 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.