TRİBESTAN

TRİBESTAN

40.67 AZN
İkitərəfli qabarıq, yumru, qəhvəyi rəngdə, spesefik iyə malik örtüklü tabletlər.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Tribestan libidonun azalması hallarının kompleks müalicəsində, kişilərdə cinsi funksiyanın pozlmaları ( cinsi

zəiflik ) və sonsuzluq, dislipidoproteinemiya hallarında ( yağ mübadiləsinin pozulması ümumi xolesterinin və

aşağı sıxlıqlı lipoproteinlərin miqdarını azaltmaq üçün istifadə olunur.

ƏKS GÖSTƏRİŞLƏR:

-  Təsiredici maddəyə və ya tərkib hissələrindən istənilən birinə qarşı allergiya ( hiperhəssaslıq );

-  Ağır böyrək və ürək-damar xəstəlikləri;

-  Prostat vəzin adenoması;

-  16 yaşdan aşağı uşaqlar;

-  Hamiləlik və laktasiya dövrü.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Həmişə Tribestan preparatını həkiminiz təyinatına dəqiq şəkildə əməl etməklə qəbul edin. Nədənsə əmin

olmadıqda, həkiminizdən soruşun.

Tabletlər yeməkdən sonra daxilə qəbul edilir.

ƏLAVƏ TƏSİRLƏRİ:

Bütün dərman preparatları kimi Tribestan da, əlavə təsirlərə səbəb ola bilər. Meyilli pasiyentlərdə hiperhəssaslıq

reaskiyası yarana bilər. Preparat mədənin selikli qişasına qıcıqlandırıcı təsir göstərə bilər. Əlavə təsirlərdən

istənilən biri ciddiləşdikdə və ya təlimata təsvir edilməyən digər əlavə təsirlər qeyd edildikdə, bu haqda həkimi

və ya əczaçını məlumatlandırmaq lazımdır.

DOZA HƏDDİNİN AŞILMASI:

Bu vaxta qədər Tribestanın doza həddinin aşılmasına dair məlumat yoxdur. Lazım olduğundan yüksək doza

qəbul etdikdə həkimə müraciət edin. Lazım gələrsə, mədə yuyulur və simptomatik müalicə aparılır.

Təsiredici maddə: yatağan dəmirtikanı bitkisinin yerüstü hissəsinin quru cövhərinin ekstraktıdır. Tribulus terrestris

herba extractum siccum 250 mq.

Köməkçi maddələr: mikrokrikstallik sellüloza, susuz kolloidal silisium dioksid, magnezium stearat, talk.

 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.