UNİKAL YUNİKAL  JUNİKAL D3

UNİKAL YUNİKAL JUNİKAL D3

18.80 AZN
100 ML SİROP
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Junikal D3 kalsium və fosfor mənbəyi olub, sümük toxumasının mexaniki möhkəmliyini təmin edir. Kalsium

( ion formasında ) və fosfor – sümüklərin və dişlərin mineralizasiyası üçün lazım olan əsas mikroelementlərdir.


Kalsium sümük toxumasının əsas struktur elementi olmaqla yanaşı, sinir-əzələ keçiriciliyində iştirak edir və

sinir sisteminin normal işləməsini təmin edir.


Fosfor böyümə üçün lazımlı olan zülalın sintezində iştirak edir, karbohidrat və yağların orqanizm tərəfindən

mənimsənilməsini, enerjinin depolanması və istifadə edilməsini təmin edir. Həmçinin böyrəklərin fəaliyyətini

yaxşılaşdırır, kalsiumun sidiklə itirilməsini aşağı salır.


Vitamin D3 orqanizmdə gedən kalsium və fosfor mübadiləsini, həmçinin sümüklərin strukturunun quruluşunu

tənzimləyir, südəmər uşaqlarda raxitin inkişafının qarşısını alır.



GÖSTƏRİŞLƏR:

-  Raxitin müalicə və profilaktikası:

-  Kalsium mübadiləsinin pozulması ( qıcolma sindromu, spazmofiliya );

-  Dişlərin gec çıxması, çoxsaylı karies, əmgeyin gec bağlanması;

-  Qıcolma əleyhinə preparatların və qlükokortikoidlərin uzunmüddətli qəbulu;

-  Sınıqlardan sonra sağalma dövrü.

DOZALANMA:

6-12 yaş – ½ ç.q. gündə 2 dəfə;

1-3 yaş – ½ ç.q. gündə 2 dəfə;

3-12 yaş – 2 ç.q. gündə 2 dəfə;

12 yaşdan yuxarı – 2 ç.q. gündə 2 dəfə.

İstifadədən öncə çalxalayın. Tövsiyə olunan gündəlik dozanı artırmayın.

ƏKS GÖSTƏRİŞ:

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Kalsium və D vit olan digər preparatlarla qəbul etmək

tövsiyə olunmur ( hiperkalsiemiya, hipervitaminoz D ).


2 çay qaşıqı ( 10 ml )
3 çay qaşıqı ( 15 ml )
Kalsium
228 ( 28% )
342 mq ( 43% )
Fosfor
121 mq ( 15% )
182 mq ( 23% )
VitD3
2,5 mkq ( 50% )
3,7 mkq ( 74% )

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.