YODBALANS

YODBALANS

4.07 AZN
Yodbalans, 100 mkq-lıq tablet: hamar kənarlara malik, hər iki tərəfdən yastı ağ və bozumtul sarı səngli yumru

tabletlər. Tabletlərin hər iki tərəfində bölmə xətti və bir tərəfində “EM 33” basılmış yazısı mövcüddur.

Yodbalans, 200 mkq-lıq tablet: hamar kənarlara malik, hər iki tərəfdən yastı ağ və bozumtul sarı səngli yumru

tabletlər. Tabletlərin hər iki tərəfində bölmə xətti və bir tərəfində “EM 70” basılmış yazısı mövcüddur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Yenidoğulmuş körpələr və azyaşlı uşaqlar: gün ərzində 100-200 mkq yod ( 1 tablet 100 mkq-lıq Yodbalans və

ya 1 tablet 200 mkq-lıq Yodbalans ).

Yeniyetmə və yetkin insanlarda: gün ərzində 100-200 mkq yod ( 1 tablet 100 mkq-lıq Yodbalans və ya 1 tablet

200 mkq-lıq Yodbalans ).

Hamiləlik və laktasiya dövrü zamanı: gün ərzində 100-200 mkq yod ( 1 tablet 100 mkq-lıq Yodbalans və ya 1

tablet 200 mkq-lıq Yodbalans ).

ƏLAVƏ TƏSİRLƏRİ:

Bəzən allergik reaksiyalar ola bilər: dəri səpgiləri, Kvinke ödemi.

Dərman daxilə qəbul zamanı demək olar ki, tamamilə nazik bağırsaqda sorulur. Sağlam insanlarda

paylanmanın orta həcmi 23 litr ( bədənin 38%-ni ) təşkil edir. Normada yodun plazmatik qatılığı 0,001 dən

0,005 mkq/ml-ə qədər təşkil edir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Yod çatışmazlığı xəstəliklərinin profilaktikası, o cümlədən endemik zobun
( xüsusən hamilə və süd verən qadınlarda );

-  Zobun cərrahi yolla götürülməsindən və ya qalxanabənzər vəzin hormon preparatları ilə müalicə bitdikdən

sonra profilaktika məqsədi ilə;

-  Yenidoğulmuşlarda, uşaqlarda, yeniyetmələrdə və gənc yaşlı böyük xəstələrdə diffuz eutroid zobun

müalicəsində.

ƏKS GÖSTƏRİŞLƏR:

-  Ağır hipertireoz;

-  Gizli hipertireoz ( 150 mkq/sut yuxarı doza qəbulu zamanı );

-  Herpetik Dyurinq dermatiti;

-  Yoda qarşı yüksək həssaslıq;

Hipertireozun ağır yod defisiti ilə əlaqədar inkişaf etdiyi hallarda Yodbalans qəbul etmək olmaz.

DOZA HƏDDİNİN AŞILMASI:

Qalxanabənzər vəzdə funksional avtonom ocaqlar mövcud olan xəstələrə dərmanın sutkada 150 mkq dan çox

istifadəsi təyin olunduqda yod stimullaşdırıcı hiperteriozun inkişafı mümkündür.

Yodla yüksək dozalarda ( sutkada 100 mkq-dan çox ) yodla müalicə zamanı xüsusi hallarda yod tərəfindən

törədilən zob və hipertireoz inkişaf edə bilər.

 
Təsiredici maddə: 1 tabletin tərkibində 130,8 mkq kalium yolid ( 100 mkq yoda uyğun ) vardır.

Köməkçi maddələr: maqnezium stearat, mikrokristallik sellüloza, kolloid silisium 4-oksid, qarğıdalı naşastası,

sellüloza, laktoza monohidrat.

200 mkq-lıq tablet:

Təsiredici maddələr: maqnezium stearat, mikrokristallik sellüloza, kolloid silisium 4-oksid, qarğıdalı naşastası,

sellüloza, laktoza monohidrat.
 

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.