TRİQEN 1g

TRİQEN 1 g

5.51 AZN
N1 FLAKON

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Aşağı tənəffüs yollarının, dərinin, sümüklərin,oynaqların, sidik çıxarıcı yollarının, kiçik çanaq orqanlarının

 infeksiyaları,ağırlaşmamış süzənək, septisemiya, meningit, seftriaksona həssas olan digər

 lokalozasiyaları infeksiyalar. Cərrahi əməliyyatdan əvvəl və sonra infeksiyaların profilaktikası.

 

ƏKS GÖSTƏRİŞLƏR:

Vaxtında yeni doğulmuşlarda ( 28 günə qədər )və vaxtında əvvəl doğulmuşlarda 41-ci həftəyə kimi bu

 preparatın istifadəsi əksgöstərişdir.

Lidokain bir həlledici kimi istifadə olunduğdan ona qarşı olan əks göstərişlər inyeksiya olunana qədər

 aydınlaşmalıdır.

Əgər vena daxilinə kalsiyum tərkibli infuziya aparılırsa, kalsium sektriakson çöküntüsünün əmələ gəlməi

 riski olduğundan ( həttaölüm halları qeyd olunub ), onları eyni vaxta istifadəsi əks göstərişdir.

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

 

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Böyüklərə 12 yaşdan böyük uşaqlara adətən 1-2q dozada sutkada 1 dəfə və ya 12 saat fasilələrlə 2

 yeridilməyə bölünməklə təyinolunur.

Maksimal sutkalıq doza 4 q-dan artıqolmamalıdır.

Uşaqlarda dəri və yumşaq toxuma infeksiyalarında 50-75 mq/kq hesabı ilə gündə 1 dəfə və ya 12 saatlıq

 intervallarla 2 yeridilməyə bölünməklə təyin olunur. Maksimal sutkalıq doza 2q-dan artıq olmamalıdır.

 

ƏLAVƏ TƏSİRLƏRİ:

Allergik reaksiyalar: titrətmə, üşütmə, səpgi,qaşınma, şok;

Yerli reakiyalar: flebit, yeridilmə yerində ağrının və infiltratın yaranması;

Sinir sisteminə: başgicəllənmə;

Digər: suoerinfeksiya ( vaginal kandidoz ).

 

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomlar: qıcolmalar, ensefalopatiyalar,tremor, sinir-əzələ oyanıqlığı.

Müalicə: simptomatik.


Təsiredici maddə: 1 flakonda 1000 mq seftriakson natrium duzu vardır.

Köməkçi maddələr: lidokain-hidroxlorid, inyekiya üçün su.
 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.