ZOLAKSA 5 MQ

ZOLAKSA 5 MQ

18.95 AZN
Ağ rəngli, dairəvi formalı, ikitərəfli qabarıq örtüklü tabletlərdir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Böyüklərdə istifadəsi: Olanzapin çizofreniyanın müalicəsi üçün göstərişdir.

Olanzapin müalicənin başlanğıc fazasında müalicəvi cavab zamanı klinik yaxşılaşmanı dəstəkləmək üçün

effektivdir. Olanzapin orta və ağır dərəcəli manikal epizodların müalicəsi üçün göstərişdir.

Olanzapin maniakal epizodlar zamanı olanzapinlə müalicəyə cavab müşahidə edilən bipoylar pozğunluğu olan

pasiyentlərdə residivlərinin profilaktikası üçün göstərişdir.

ƏKS GÖSTƏRİŞLƏR:

Olanzapinə və ya dərman vasitəsinin köməkçi maddələrindən hər hansı birinə qarşı yükək həssaslıq.

Bağlıbucaqlı qlaukomanın inkişaf riski olan pasiyentlər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Zolaksa preparatını həkimin tövsiyələrinə uyğun olaraq qəbul etmək lazımdır. Nəyəsə şübhə olarsa, həkimlə

məsləhətləşmək lazımdır.

Dozalanması:

Böyüklər: şizofreniya: olanzapinin tövsiyə olunan başlanğıc dozası gündə 10 mq təşkil edir.

Maniakal epizod: monoterapiya zamanı preparatın başlanğıc dozası gündə 15 mq və ya kombinəolunmuş

müalicə zamanı gündə 10 mq təşkil edir.

Yaşlı pasiyentlər: 65 və ondan yuxarı yaşda olan pasiyentlərdə adətən aşağı başlanğıc doza ( 5 mq/gün )

tövsiyə olunmur, baxmayaraq ki, əgər klinik nəticələr bunu tələb edərsə, dozanın azadılmasının mümkünlüyünə

baxılmalıdır.

ƏLAVƏ TƏSİRLƏR:

Aşağıdakı əlavə təsirlər meydana çıxarsa, bu barədə dərhal həkimə müraciət edin.

-  Əsasən üz nahiyəsində və dildə qıcolmalar ( 10 adamdan 1-dən çox olmayaraq meydana çıxan ümumi əlavə

təsir );

-  Venada trombların əmələ gəlməsi ( 100 adamdan 1-dən çox olmayaraq meydana çıxan nadir əlavə təsir ),

xüsusilə ayaqlarda ( simptomlara ayaqlarda ödem, ağrı və qızartı aiddir ), hansı ki, qan damarları ilə

ağciyərlərlə keçə, sinədə ağrı və tənəffüsün çətinləşməsini törədə bilər. Bu simptomlardan istənilən biri

meydana çıxarsa, dərhal həkimə müraciət etmək lazımdır;

-  Eyni zamanda qızdırmanın, tənəffüsün tezləşməsinin, tərləmənin, əzələ tutulmasının və yuxululuğun və ya

şüurun pozulmasının baş verməsi ( bu əlavə təsirin tezliyi mövcud məlumatlarla əsasən qiymətlədirilə bilmir ).

Təsiredici maddə: 1 örtüklü tabletin tərkibində 5 mq və ya 10 mq olanzapin vardır.   

Köməkçi maddələr: ludipres ( laktoza monohidrat, povidon, krospovidon ), natrium karboksimetil-nişasta

( A tipi ), susuz kolloidal silisium 4-oksid, maqnezium-stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.