NEUROPİRİD 100 MG

NEUROPİRİD 100 MG

10.96 AZN
Bir tərəfində qırma xətti olan dairəvi, ağ tabletlər.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Neiropirid 100 mq aşkar edilmiş psixi xəstəliklərin ( depressiv pozğunluqlar ) müalicəsi və başgicəllənmələrin

aradan qaldırılması üçün bir vasitədir. Neuropirid 100 mq aşağıdakı hallarda istifadə olunur:

-  Müxtəlif etiologiyalı depressiyalar;

-  Böyüklrdə nevroz və narahatlıq halları;

-  Menyer sindromu, periferik, pozisyonal, vestibulyar vertiqo ( başgicəllənməsi );

-  Digər antidepressantlarla aparılan müalicə effektsiz olduğu hallarda.

ƏKS GÖSTƏRİŞLƏR:

Aşağıdakı hallarda Neuropirid 100 mq qəbul edilməməlidir:

-  Tərkibində olan sulpiridə, digər benzamid törəmələrinə ( sulpiridin aid olduğu farmakoterapevtik qrup )

və ya köməkçi maddələrə qarşı hiperhəssaslıq;

-  Həddən artıq oyanıqlıq ilə müşayiət olunan patoloji fiziki reaksiya;

-  Baş beynin xəstəlikləri;

-  Parkinson xətəliyi;

-  Epilepsiya;

-  Şişlər ( böyrəküstü vəzidə yaranan şişlər ( feoxromoitoma ));

-  18 yaşdan kiçik uşaqlar və gənclər;

-  Hamiləlik və laktasiya dövrü.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Bu dərman vasitəsinin müalicə həkimi ilə məsləhətləşdikdən sonra qəbul etmək olar.

Doza fərdi olaraq pasiyentin yaşı, çəkisi və xəstəliyinin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin edilir.

Qeyd:

Yaşlı xəstələr böyüklər üçün göstərilən dozanın yarısını qəbul etməlidir.

Böyrək funksiyasının pozulmasından əziyyət çəkən xəstələr – böyrəklərin funskiyasının pozulma dərəcəsindən

asılı olaraq gün ərzində aşağı doza qəbul etməlidir.


DOZA HƏDDİNİN AŞILMASI:

Doza həddinin aşılması zamanı müalicə həkimi ilə məsləhətləşmək lazımdır.

ƏLAVƏ TƏSİRLƏRİ:

Çox tez-tez
10 müalicə olunan şəxs üzrə 1-dən çox insanda rast gəlinə bilər
Tez-tez
10 müalicə olunandan 1-də rast gəlinə bilər
Bəzən
100 müalicə olunandan 1-də rast gəlinə bilər
Nadir hallarda
1000 müalicə olunandan 1-də rast gəlinə bilər
Çox nadir hallarda
10000 müalicə olunandan 1-də rast gəlinə bilər
Məlum deyil
Mövcud məlumatlar əsasında tezlik dəyərləndirilməmişdir

 
Təsiredici maddə: sulpirid – 100 mq;

Köməkçi maddələr: qlükoza monohidrat, mikrokristallik sellüloza, poli ( O-karboksimetil ) nişasta natrium duzu,

maqnezium stearat, silisium dioksid.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.