Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

MALİDENS

20.20 AZN
MALİDENS
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Fol turşusu suda həll olan B qrupu vitaminidir. İmmun və qanyaranma sisteminin funksiyalarında mühüm rol

oynayır. Eritopoezi stimulə edir, meqaloblastların tam yetişməsini və normoblastların əmələ gəlməsini təmin

edir. Fol turşusu çatışmazlığı böyüklərdə meqablastik anemiya səbəb olur, hamiləlik zamanı isə döldə sinir

borusu qüsurlarının inkişaf riskini artırır. Hamiləliyə hazırlıq dövründə və mayalanmanın ilk həftələrində fol

turşusu qadınlarda vacib rol oynayır. Fol turşusu həmçinin həzm prosesini tənzimləyir, sinir sistemini

gücləndirərək gözəl əhval – ruhiyyə yaradır. Fol turşusu həm də doğuşdan sonrakı depressiyanı aradan

qaldırmaq üçün əvəzolunmazdır.


İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Hamiləliyə hazırlıq dövrü;

-  Fol turşusu defisitinin müalicə və profilaktikası zamanı ( o cümlədən hamiləlik və laktasiya dövrü );

-  Hamiləliyin birinci trimestirində dölün sinir borusunu

-  Fol turşusu defisitinə bağlı anemiyaların müalicəsində.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın tərkib komponentinə qarşı yüksək həssaslıq.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI:

Malidens preparatı gündə 1 tablet yemək zamanı və ya yeməkdən sonra daxilə qəbul edilir.

Müalicə kursu həkim təyinatı ilə müəyyən olunur.

ƏLAVƏ TƏSİRLƏRİ:

Xəstələr preparatın qəbulunu yaxşı keçirirlər. Nadir hallarda allergik reaksiyalar müşahidə edilə bilər.
Hər bir tabletin tərkibində 400 mkq fol turşusu vardır.

Köməkçi maddələr: kroskarmelloza natrium, mikrokristallik sellüloza, maqnezium stearat, laktoza+krospovidon,

nişasta