AMFLUKS 500 mg

AMFLUKS 500 mg

6.16 AZN
Toz şəkilində.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Qulaq, boğaz, burun infeksiyalarında ( sinusit, orta otit, epiqlottit, tonzillit, faringit ); Tənəffüs yollarının

infeksiyaları ( bronxit, pnevmoniya ); Sidik yollarının infeksiyaları ( sistit, pielonefrit ); Qarın boşluğunun

infeksiyaları ( peritonit, xolesistit ); Qinekoloji infeksiyalar; Sepsis; Dəri, yumşaq toxumaların, sümük və

oynaqların infeksiyaları; Qonokkok infeksiyaları; Anaerob infeksiyalar; Cərrahiyyə, mamalıq-qinekologiyada

( kesar əməliyyatları, hamiləliyin yarımçıq kəsilməsi ) irinli ağırlaşmaların profilaktikası məqsədi ilə.

ƏKS GÖSTƏRİŞLƏR:

Pensillin qrupu antibiotiklərə qarşı yüksək həssaslıq.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Uşaqlarda: yeni doğulmuşlarda və az yaşlılarda gündəlik təyinat 150 mq/kq-dır. Dozalanma 6-8 saat interval

ilə 3-4 inyeksiyaya bölünür. Yarımçıq doğulmuşlarda gündəlik doza hər 12 saatdan bir 75 mq/kq olmaqla

yeridilir. Digər yaş həddi olan uşaqlarda 50 mq/kq olmaqla təyin edilir.

Müalicə fərdi olaraq aparılır və 5-14 gün təşkil edir.

ƏLAVƏ TƏSİRLƏRİ:

Ürəkbulanma, qusma, diareya, səpgilər və digər dəri reaksiyaları.

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomatik müalicə aparılır.
Təsiredici maddə: amoksasillin natrium – 250 mq, fluklosasillin – 250 mq.

Köməkçi maddələr: yox.

 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.