BENEVRON B

BENEVRON B

12.53 AZN
Tünd qırmızı və ya qəhvəyi rəngli şəffaf mayedir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  B1, B2, B6, B12 vitaminlərin hipo-və avitaminozu;

-  Ensefalopatiya ( diabetik, alhoqol, posttravmatik );

-  Müxtəlif mənşəli anemiyalar;

-  Mədə-bağırsaq sistemi xəstəlikləri – mədə və onikibarmaq bağırsaq xora xəstəliyi, xroniki enterokolit,

hepatit, qaraciyər sirrozu;


-  Dəri xəstəlikləri – ekzema, nevrogen mənşəli dermatozlar, dermatitlər, neyrodermitlər, psoriaz;

-  Oynaq xəstəlikləri – artrit, osteoartroz, revmatizm, revmatoid artrit;

-  Yüksək fiziki gərginlik;

ƏKS GÖSTƏRİŞLƏR:

-  Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;

-  Dekompensasiyaolunmuş ürək çatışmazlığının ağır formaları;

-  Polisitemiya ( qanda eritositlərin miqdarının artıq olması );

-  Xərçəngə çevrilə bilən xəstəliklər;

-  10 yaşa qədər uşaqlar.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Əzələ daxilinə yeritmək üçün məhlul.

Benevron B preparatının dozası və müalicə müddəti həkim tərəfindən təyin edilir.

10 yaşdan yuxarı uşaqlara və böyüklərə əzələ daxilinə gündə 1 dəfə 3 ml ( bir ampul ) təyin olunur. İnyeksiya

məhlulu dərin əzələ daxilinə yeridilir.

Həkim təyinatından asılı olaraq preparat 2-3 gündən bir 3 ml ( bir ampul ) istifadə oluna bilər.

ƏLAVƏ TƏSİRLƏRİ:

Dəridə səpgilər, qaşınma, urtikariya ( övrə ), angioderma meydana çıxa bilər.

Nadir hallarda – başgicəllənmə, həddən artıq tərləmə, taxikardiya, dispnoe, anafilaktik reaksiyalar.

DOZA HƏDDİNİN AŞILMASI:

B qrupu vitaminlərinin istifadəsi zamanı doza həddinin aşılması çox nadir hallarda baş verə bilər, çünki bu

vitaminlər suda yaxşı həll olur və artığı sidik ilə xaric olur.

Əlamətləri – dəridə keyləşmə; ayaqlarda, əllərdə və bədənin müxtəlif yerlərində arabir sancma; hissiyatın,

müvazinətin, koordinasiyanın pozulması.

Müalicə: simptomatik aparılır.
 
Təsiredici maddə: 1 ampulda 250 mq B1 vitamini ( tiamin hidroxlorid ), 4 mq B2 vitamini ( riboflavin natrium

fosfat şəkilində riboflavin ), 250 mq B6 vitamini ( piridoksin hidroxlorid ), 1500 mkq B12 vitamini

( sianokobalamin ) vardır.

Köməkçi maddələr: benzil spirti, monotriqliseri=ol, natrium hidrokarbonat, dinatrium edetat, inyeksiya üçün su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.