NEVRO STOP

NEVRO STOP

24.00 AZN
N30 KAPSULA
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Passiflora – passiflora ekstraktı Passiflora inkarnatadan alınan sedativ preparatdır. İstifadə edən şəxslərdə

sakitləşdirici təsir göstərir, gərginlik və narahatlıq hisslərini, həmçinin spazmı aradan qaldırır. Vegetativ sinir

sisteminin yüksək həssaslığı və həyəcan hallarında istifadə olunur. Valerian və mayaotu ilə kombinasiyada

sağlam yuxunu qorumağa kömək edir.

GÖSTƏRİŞLƏR:

Müxtəlif etiologiyalı psixovegetativ və psixoemosional pozğunluqlar: əhvalın aşağı düşməsi, həyəcanla

müşayiət olunan yüngül və orta ağırlıqlı depressiv vəziyyətlər, xroniki yorğunluq sindromu ( menecer sindromu

), yuxusuzluq, meteohəssaslıq, psixogen mənşəli potensiya pozğunluğu, erkən eyakulyasiya, klimakterik

sindrom, neyrosirkulyator distoniya, nevroz, stress, nevrasteniya, kardionevrozlar, əsəbi gərginliklə əlaqədar

olan baş ağrıları və miqren, qaşınma ilə müşahidə olunan dermatozlar.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. 6 yaşdan kiçik uşaqlar.

ƏLAVƏ TƏSİRLƏR:

Nadir hallarda ürəkbulanma, qaşınma, qızarma, ağızda quruluq müşahidə oluna bilər.

DOZA VƏ İSTİFADƏ QAYDASI:

1-2 kapsul gündə 2 dəfə, yeməkdən əvvəl.
Hər 2 kapsula daxildir: dazıotu bitkisinin 200 mq miqdarında ekstraktı, 220 mq passiflora ekstraktı, 180 mq

valerian ekstraktı.

 
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.