SERMİON 10 MG

SERMİON 10 MG

11.38 AZN
Tabetlər 5 mq: narıncı rəngli, yumru, qabarıq, örtülü tabletlərdir.

Tabletlər 10 mq: ağ rənli, yumru, qabarıq, örtüklü tabletlərdir.

Tabletlər 30 mq: sarı rəngli, yumru, ikitərəfli qabarıq, örtüklü tabletlərdir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Koqnitiv pozğunluqların, o cümlədən demenasiya, yaddaşın, diqqət konsentrasiyasının düşüncünin, fəallığın

azalması, yüksək yorğunluq, emosional pozğunluqlar ilə müşayiət olunan xroniki serebrovaskulyar və üzvi baş

beyin zədələnmələri zamanı simptomatik terapiya.

Qeyd: niserqolinə müalicəyə başlamazdan əvvəl əmin olmaq lazımdır ki, bu simptomlar digər xəstəliyin

təzahürü deyil ( məsələn, daxili xəstəliklər, psixiatrik və ya nevroloji xəstəliklər ) və spesefik terapiya tələb

etmir.

ƏKS GÖSTƏRİŞLƏR:

Yaxınlarda keçirilmiş miokard infraktı, kəskin qanaxma, aydın ifadə olunmuş bradikardiya, ortostatik

tənzimlənmənin pozulması, niserqolinə, erqotaminin digər törəmələrinə və ya preparatın digər

komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq,  saxaroza/izomaltaza çatışmazlığı, fruktozaya qarşı

dözümsüzlük, qlükoza-qalaktoza malasorbsiyası, 18 yaşa qədər yaş dövrü, hamiləlik və laktasiya dövrü.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Daxilə.

Tablet qidaqəbulu zamanı, az miqdarda su ilə, çeynəmədən qəbul edilməlidir.

Tövsiyə olunan sutkalıq doza simptomların ağırlığından və xəstənin müalicəyə individual cavabından asılı olaraq

30-60 mq təşkil edir. 30 mq sutkalıq dozanı səhər yeməyi zamanı qəbul etmək tövsiyə olunur.

Böyrək funksiyaları pozulmuş xəstələrə ( zərdab kreatini 2 mq/dl ) Sermion-u daha aşağı terapevtik dozalarda

istifadə etmək tövsiyə olunur.

ƏLAVƏ TƏSİRLƏR:

Sistem-orqan sinifi
Çox tez-tez 1/10
Tez-tez 1/100-dən 1/10-dək
Bəzən 1/1000-dən 1/100-dək
Nadir 1/10000-dən 1/1000-dək
Çox nadir 1/10000
Tezliyi məlum deyil ( əldə olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil )
Psixi pozulmalar


Psixomotor oyanma, şüur dolaşıqlığı, yuxusuzluq



Sinir sistemində baş verən pozğunluqlar


Yuxululuq, başgicəllənmə, başağrısı


İstilik hissi
Damarlarda baş verən pozğunluqlar


əsasən perenteral yeridilmədən sonra arterial təzyiqin ( AT ) azalması, üz dərisinə qanın “dolması”



Mədə-bağırsaq traktında baş verən pozğunluqlar

Qarında narahatlıq hissi
Diareya, qəbizlik, ürəkbulanma, dispeptik əlamətlər



Dəri və dərialtı toxumalarda baş verən tədqiqatların məlumatları


Dəri qaşınması


Dəridə səpgilər
Labarator və instrumental tədqiqatların məlumatları


Qanda sidik turşusunun konsentrasiyasının artması ( bu effekt dozadan və terapiyanın müddətindən asılı deyil )



İmmun sistemdə baş verən pozğunluqlar





Dəri qaşınması və səpgi şəkilində allergik reaksiyalar

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomları: AT-nin aydın ifadə olunan keçici azalması. Adətən, xüsusi müalicə tələb olunmur, xəstəyə bir neçə

dəqiqə ərzində üfqi vəziyyət almaq kifayətdir. Müstəsna hallarda baş beyin və ürək qan təchizatının kəskin

pozğunluğu zamanı AT-yə daimi nəzarət altında simpatomimetik vasitələrin yeridilməsi tövsiyə edilir.

Örtüklü tabletlər 5 mq

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq niserqolin vardır.

Köməkçi maddələr: kalsium-hidrofosfat, dihidrat, mikrokristallik sellüloza, maqnezium-stearat, natrium-

karboksimetilsellüloza;

Örtük: saxaroza, talk, akasiya qətranı, səndərək qətranı, maqnezium-karbonat, titan 4-oksid ( E171 ), kanifol,

karnaub mumu, sanset sarısı ( E110 ).

Örtüklü tabletlər 10 mq

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq niserqolin vardır.

Köməkçi maddələr: kalsium-hidrofosfat, dihidrat, mikrokristallik sellüloza, maqnezium-stearat, natrium-

karboksimetilsellüloza;

Örtük: saxaroza, talk, akasiya qətranı, səndərək qətranı, maqnezium-karbonat, titan 4-oksid ( E171 ), kanifol,

karnaub mumu, sanset sarısı ( E110 ).

Örtüklü tabletlər 30 mq

Təsiredici maddə: 1 tabletin tərkibində 30 mq niserqolin vardır.

Köməkçi maddələr: kalsium-hidrofosfat, dihidrat, mikrokristallik sellüloza, maqnezium-stearat, natrium-

karboksimetilsellüloza;

Örtük: saxaroza, talk, akasiya qətranı, səndərək qətranı, maqnezium-karbonat, titan 4-oksid ( E171 ), kanifol,

karnaub mumu, sanset sarısı ( E110 ).

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.