AMFLUKS 1 G

AMFLUKS 1 G

9.64 AZN
Toz şəkilində.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Qulaq, boğaz, burun infeksiyalarında ( sinusit, orta otit, epiqlottit, tonzillit, faringit ); Tənəffüs yollarının

infeksiyaları ( bronxit, pnevmoniya ); Sidik yollarının infeksiyaları ( sistit, pielonefrit ); Qarın boşluğunun

infeksiyaları ( peritonit, xolesistit ); Qinekoloji infeksiyalar; Sepsis; Dəri, yumşaq toxumaların, sümük və

oynaqların infeksiyaları; Qonokkok infeksiyaları; Anaerob infeksiyalar; Cərrahiyyə, mamalıq-qinekologiyada

( kesar əməliyyatları, hamiləliyin yarımçıq kəsilməsi ) irinli ağırlaşmaların profilaktikası məqsədi ilə.


ƏKS GÖSTƏRİŞLƏR:

Pensillin qrupu antibiotiklərə qarşı yüksək həssaslıq.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Böyüklərdə: gündəlik doza adətən 0,5-1 qr təşkil edir. Ağır olmayan infeksiyalarda gündəlik 1 qr doza 12 saat

interval ilə qəbul oluna bilər. Orta ağır infeksiyalarda gündəlik doza 6-8 saat interval ilə 6 qr təşkil edəbilər.

Maksimal gündəlik doza 12 qr-dır.

Uşaqlarda: yeni doğulmuşlarda və az yaşlılarda gündəlik təyinat 150 mq/kq-dır. Dozalanma 6-8 saat interval

ilə 3-4 inyeksiyaya bölünür. Yarımçıq doğulmuşlarda gündəlik doza hər 12 saatdan bir 75 mq/kq olmaqla

yeridilir. Digər yaş həddi olan uşaqlarda 50 mq/kq olmaqla təyin edilir.

Müalicə fərdi olaraq aparılır və 5-14 gün təşkil edir.


ƏLAVƏ TƏSİRLƏRİ:

Ürəkbulanma, qusma, diareya, səpgilər və digər dəri reaksiyaları.

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomatik müalicə aparılır.
 
Təsiredici maddə: amoksasillin natrium –0,5 q, fluklosasillin – 0,5 q.

Köməkçi maddələr: yox.
 

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.