PANTODENK 40

PANTO DENK 40

15.91 AZN
N28 TABLETKA
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Qastroezofaqeal reflüks və onun müşayiət edən əlamətlər ( qıçqırma, gəyirmə, udqunma zamanı ağrılar );

-  Qastroezofaqeal reflüks zamanı eroziv ezofaqitlərin əlamətlərinin aradan qaldırılması üçün qısamüddətli

müalicə ( 8 həftəyə qədər );

-  Uzunmüddətli müalicə kursu qastroezofaqeal reflüksun qarşısını alır;

-  Patoloji hipersekresiya vəziyyətində uzunmüddətli müalicə kursu, Zollinger-Elison sindromu daxil olmaqla;

-  Helicobacter pylori-nin eradikasiyası – mədə və onikibarmaq bağırsağın xorası zamanı

( antibiotiklərlə birlikdə istifadə zamanı xoranın kəskinləşmə tezliyi azalır );

-  Mədə və onikibarmaq bağırsağın xorası;

-  Qeyri-steroid iltihabəleyhinə prepratların qəbulu zamanı qastroduodenal xoraların müalicəsi.

ƏKS GÖSTƏRİŞLƏR:

Pantoprazola qarşı hiperhəssaslıq; orta, kəskin hepatitlərdə və böyrək disfunksiyası zamanı Helicobacter pylori-

nin eradikasiyası.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Qastroezofaqeal reflüksun yüngül forması və onun müşayiət edən əlamətlər zamanı: gündə 1 dəfə bir tablet

Panto-Dent 20 mq qəbul edilir. Adətən əlamətlər 2-4 həftədən sonra itir, çox hallarda ezofaqitin müalicəsi üçün

4 həftə lazımdır. Əgər 4 həftə ərzində əlamətlər itməzsə, müalicəyə daha 4 həftə əlavə edilir. Eroziv ezofaqit: 8

həftə ərzində Panto-Denk 40 mq, günə bir tabletdən qəbul edilir. Əgər əlamətlər itməzsə daha 8 həftə preparat

qəbul edilməlidir.

Onikibarmaq bağırsaq və mədə xorası: gündə 1 dəfə Panto-Denk 40 mq, fərdi hallarda isə gündə 2 dəfə 40

mq-dan təyin olunur.

DOZA HƏDDİNİN AŞILMASI:

Bu zaman taxikardiya, vezodilatasiya, yuxululuq, başağrısı, görmədə yorğunluq, epiqastral ağrılar,

ürəkbulanma və qusma kimi əlamətlər ola bilər.

Müalicə kimi, mədənin yuyulması və aktivləşdirilmiş kömürün qəbulu, ürək fəaliyətinin və qan təzyiqinin

monitorinqi aparılmalıdır. Uzunmüddətli qusma zamanı elektrolit və su balansı yoxlanılmalıdır. Qan zülalları ilə

pantoprazol güclü birləşdiyi üçün bu zaman dializ effektsiz hesab olunur.

Təsiredici maddələr: 1 qsstro-rezistent tabletin tərkibində 20 mq və ya 40 mq pantoprazol natrium vardır.

Köməkçi maddələr: maltitol, krospovidon, natrium karamelloz, natrium karbonat, kalsium stearat, talk, titan

dioksid, sarı dəmir oksid, polivinil, makroqol 3350, lesitin, metakrilat turşusu-etil akrilat kopolimer, trietil sitrat.


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.