RECİPROL 500 mq

RECİPROL 500 mq

7.20 AZN
N14 TABLRTKA
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Siprofloksasin ona həssas törədicilərin törətdiyi xəstəliklərin müalicəsində təyin olunur.

ƏKS GÖSTƏRİŞLƏR:

Siprofloksasinə qarşı yüksək həssaslıq,hamiləlik və laktasiya dövrü,15yaşa qədər uşaqlar.Siprofloksasinin

tizanidinlə birgə istifadəsi əks göstəricidr.


XÜSUSİ GÖSTƏRİŞLƏR:

1.Siprofloksasin əsasən böyrəklərlə xaric olduğuna görə böyrək funksiyasının pozğunluğu və dializdə olan

xəstələrdə doza 1/3-1/2-ə qədər azaldılmalıdır.İmkan daxilində konsentrasiya əyrisi təyin olunmalıdır.

2.Siprofloksasinin xəstələrin reaksiyasının  tezliyinə təsir göstərə bilər.Resiprol qəbul edən xəstələrə nəqliyyat

vasitələrindən istıfadə edərkən və yüksək diqqət tələb edən işlərlə məşğul olan zaman ehtiyatlı olmaq tövsiyə

edilir.

3.Siprofloksasinin qəbulundan sonra superinfeksiya baş verə bilər.Enterokolitli xəstələrdə həssaslığın

yoxlanması və nəcisin müayinəsi tövsiyə edilir.

4.Heriatriyada,xüsusilə də böyrək funksiyasının pozğunluğu zamanı,dozanı dəqiq seçmək lazımdır.

5.Qaraciyər funksiyasının pozğunluğu zamanı dozanı ehtiyatla seçmək lazımdır.


DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:

1.Siprofloksasin teofillinin qanda konsentrasiyasını artıra və onun orqanizmdən xaric olmasını ləngidə bilər.Bu

isə teofillinin toksillik dərəcəsinin artmasına səbəb ola bilər.

2.Siprofloksasin kofeinin  metabolizminə təsir gostərərək,klirensini azalda və yarımparçalanma müddətini artıra

bilər.

3.Siprofloksasinin təyini zamanı kreatinin qanda səviyyəsinin müvəqqəti yüksəlməsi mümkündür.

ƏLAVƏ TƏSİRİ:

Siprofloksasin adətən orqanizm tərəfindən qəbul edilir.Bu günə qədər ciddi toksik təsirləri qeydə alınır.

Həzm traktı:ürəkbulanma,qusma,ishal,qarında ağrılar,dispepsiya,anoreksiya,iştahanın itməsi,dad hissinin

pozulması.

Mərkəzi sinir sistemi:yuxu pozulması,başgicəllənmə,başağrısı,narahatlıq,yorğunluq,miqren,görmənin

pozulması,dad hissinin pozulması,uşaqlarda kəllə daxili təzyiqin keçici artması.

Qan dövranı:vazidolatasiya,taxikardiya,AT yüksəlməsi.

DOZA HƏDDİNİN AŞILMASI:

Bu günə kimi doza artıqlığı halları müşahidə olunmamışdır.Doza artıq olarsa mədə yuyulmalı,aktivləşdirilmiş

kömür qəbul olunmalıdır.Spesifik antidotu yoxdur.Hemodializ və peritoenal dializ vasitəsilə preparatın yalnız

10%-i xaric oluna bilər.

 
Təsiredici maddə:1tabletin tərkibində 500mq siprofloksasin vardır.

Köməkçi maddələr:mikrokristallik sellüloza,qarğıdalı nişastası,krospovidon,natrium

kroskarmelloza,maqnezium-stearat,susuz kolliodal silisium,ağ opadray titan 4-oksid.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.