VENERİN 100 MQ

VENERİN 100 MQ

3.65 AZN
Ağ rəngli gövdədən və qeyri-şəffaf mavi qapaqdan ibarət olan kapsullar.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Preparata həssas mikroorqanizmlər tərəfindən törədilmiş infeksiyalar.

Tənəffüs yollarının infeksiyaları:faringit,kəskin broxnit,ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin

kəskinləşməsi,traxeit,bronxopnevmoniya,xəstəxanaxarici pnevmoniya,ağ ciyər abssesi,plevranın empiyeması.

Mədə-bağırsaq traktının və ödqovucu yolların infeksiyaları:vəba,yersinioz,xolesistit,qastroenterokolit,basil və ya

amöb mənşəli dizenteriya,”səyahətçi diareyası”


ƏKS GÖSTƏRİŞLƏR:

Alüminium,maqnezium,kalsium tərkibli antasidlər,dəmir peparatları,natrium-hidrokarbonat,maqnezium tərkibli

işlədicilər doksisiklinin sorulmasını ləngitdiyindən,bu preparatların qəbulu ilə dokssiklin qəbulu arasında 3saat

interval olmalıdır.

Dosiklinin bağırsaq mikroflorasına təsiri nəticəsində protrombin indeksi azaldığından,dolayı təsirli

antikoaqulyantların dozasının korreksiya olunması tələb olunur.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Tetrasiklin sırasında olan digər preparatlara qarşı çarpaz davamlılıq və ya yüksək həssaslıq inkişaf edə bilər.

Tetrasiklinlər protrombin müddətini artıra bildiyindən,koaqulopatiyalı(laxtalanma pozğunluğu)xəstələrə təyin

olunarkən ciddi nəzarət tələb olunur.

Tetrasiklinlərin antianabolik təsiri nəticəsində qanda qalıq azotun miqdarı arta bilər.Bu hal böyrək funksiyaları

normal olan xəstələr üçün əhəmiyyətli deyil,lakin böyrək çatışmazlığı olan xəstələrdə azotemiyanın inkişafına

səbəb ola bilər.Belə xəstələr ciddi həkim nəzarətində saxlanmalıdır.

Preparatın uzunmüddətli istifadəsi zamanı  dövri olaraq qanın laborator göstəricilərini,qaraciyər və böyrək

funksiyalarını yoxlamaq lazımdır.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Müalicə müddəti adətən 5-10 gün təşkil edir.Yemək zamanı daxilə qəbul olunur.

Yaşlılar və bədən çəkisi 50 kq-dan çox olan 8yaşdan yuxarı uşaqlar:müalicənin ilk günü 200mq bir-iki

qəbula,sonra hər gün 100mq olmaqla qəbul edilir.

Bədən çəkisi 50kq-dan az olan 8-12 yaçlı uşaqlar:müalicənin ilk günündən doza 4mq/kq/gün,sonrakı günlərdə

isə 2mq/kq/gün qəbul olunur(1 2dəfəyə qəbul etməklə).Ağır infeksiyalar zamanı hər gün 4mq/kq dozada

olmaqla bütün müalicə müddətində qəbul olunur.

Ağırlaşmamış qonoreya zamanı:Yaşlılar tam sağalma baş verənə qədər gündə 2dəfə 100mq (orta hesabla 7gün

müddətində),yaxud 1gün ərzində 600mq-300mq gündə 2dəfə (ikinci doza birinci dozadan 1saat sonra qəbul

edilmək şərti ilə)qəbul edilməlidir.

ƏLAVƏ TƏSİRLƏRİ:

Mədə-bağırsaq sisteminə:iştahsızlıq,ürəkbulanma,qusma,udqunmanın pozulması,ishal enterokolit

psevdomembranoz kolit.

Dermatoloji və allergik reaksiyalar:örə,fotosensibilizasiya,angionevrotik ödem,anafilaktik reaksiyala,sistem

qırmızı qurdeşəyəninin  kəskinləşməsi,makulopapulyoz və eritematoz səpgilər, perikardit,eksfoliativ dermatit.

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomları:qaraciyərlərin zədələnməsi ilə əlaqədar meydana çıxan  əlavə təsirlərin güclənməsi-

qusma,qızdırma,sarılıq,azotemiya,qaraciyər transaminazalarının səviyyəsinin yüksəlməsi,protrombin

müddətinin uzanması.

Müalicəsi:simptomatikdir.Mədənin yuyulması,çoxlu maye,aktivləşdiilmiş kömür və osmotik işlədicilərin qəbulu

tövsiyə olunur.

Təsiredici maddə:hər kapsulda 100mq doksisiklin (doksisiklin hiklat şəklində)vardır.

Köməkçi maddələr:mikrokristallik sellüloza,talk,maqnezium-stearat,susuz kolloidal silisium 4-oksid,natrium lauril

sulfat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.