VIASMECT

VIASMECT

19.00 AZN
N 10 PAKET
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-istənilən etiologiyalı ishalın müalicəsi və profilaktikası.

-qida borusunun,mədənin,12barmaq bağırsağın xəstəlikləri və bağırsaq sancıları ilə əlaqədar olan ağrıların

simptomatik müalicəsi.

ƏKS GÖSTƏRİŞLƏR:

Komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq;bağırsaq keçməməzliyi.

İSTİFADƏ QAYDASI VƏ DOZALARI:

Bircinsli suspenziyanın alınması üçün tozu mayeyə tədricən səpərək onu müntəzəm qarışdırmaq lazımdır.

1yaşdan 3yaşadək uşaqlara-1paket gündə 2dəfə,5gün ərzində.

Uşaqlarda istifadə etmək üçün paketin möhtəviyyatını 50ml suda həll edib gün ərzində bir neçə qəbula bölürlər

və ya hər hansı yarımmaye məhsulla:sıyıq,kompot püre,uşaq qidası  ilə qarışdırılır.

3yaşdan yuxarı uşaqlara və böyüklərə -1-2paket gündə 2dəfə,paketlərin möhtəviyyatını yarım stəkan

suda(100ml)həll edərək,7-10 gün ərzində.

Preparatı yeməkdən 1saat əvvəl qəbul etmək lazımdır.İsti və alkoqollu içkilərlə qarışdırmaq olmaz.


ƏLAVƏ TƏSİRİ:

Ayrı-ayrı hallarda qəbizlik yarana bilər;preparatın dozası azaldıldıqda bu hallar keçib gedir.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Preparat kəskin ishalın müalicəsi məqsədi ilə qəbul edildiyi zaman iki sutkadan sonra yaxşılaşma baş

vermədikdə,habelə temperatur artdıqda,nəcis kütlələrində qan və ya selik aşkar edildikdə dərhal müalicə

həkiminə müraciət etmək lazımdır.

DOZA HƏDDİNİN AŞILMASI:

Hal-hazirdakı doza həddinin aşılması halları təsvir edilməmişdir.

DİGƏR DƏRMAN MADDƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:

Viasmetik göbələk əleyhinə dərmanlarla birlikdə qəbul edilməməlidir.

Preparat digər maddələrin sorulma sürətini və ya dərəcəsini azalda bilər.

HAMİLƏLİK ZAMANI İSTİFADƏSİ:

Hamiləlik zamanı preparatın istifadəsi yalnız o halda mümkündür ki,ana üçün gözlənilən fayda döl üçün

potensial riskdən artıq olsun.

Daxilə qəbul edilən suspenziyanın hazırlanması üçün preparatın 1 paketinin tərkibinə daxildir:liofilizə olunmuş

Saccharomyces boulardi 250mq;Dioktaedrik smektit -3qr.Köməkçi maddələr:Fruktoz 1715mq,Silikon dioksid

16mq,Limon dadlandırıcı 15mq,Maqnesium stearat  4mq.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.