VOLTAREN 25 MQ

VOLTAREN 25 MQ

4.45 AZN


TƏSVİRİ

25 mq-lıq tabletlər: sarı , yumru , ikitərəfli qabarıq , qıraqları kəskin tabletlər ; tabletin

bir tərəfində “CG”, digər tərəfində isə -“BZ”yazısı vardır .

50 mq-lıq tabletlər: açıq-qəhvəyi rəngli , yumru , iki tərəfi qabarıq , qraqları kəsik tabletlər: tabletin bir tərəfində “CG” , digər

 tərəfində isə- “GT” yazısı vardır.



 

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Revmatik xəstəliklərin iltihabı və degenerativ formaları:revmatoid artrit ,ankilozlaşdırıcı

 spondilit,osteoartroz,spondiloartritlər,onurğada ağrılar,oynaqdan kənar revmatizm

 Kəskin podaqra tutması.

İltihabla və ödemlə müşayiət olunan posttravmatik və əməliyyatdan sonrakı ağrı sindromları,məsələn,stomatoloji və ortopedik 

 əməliyyatlardan sonra.

Ağrı sindromu və iltihabla müşayiət olunan ginekoloji xəstəliklər,məsələn,birincili dismenoreya və adneksit.

Güclü ağrılarla gedən qulaq,boğaz və burunun ağır iltihabi xəstəlikləri zamanı,məsələn,faringit,tonzillit,otit zamanı

 əlavə ( adyuvant ) dərman vasitəsi kimi.

Ümumi müalicəvi  prinsiplərə əsasən xəstəlik müvafiq olaraq bazis terapiya ilə müalicə olunmalıdır.Temperaturun izolə olunmuş

 şəkildə artması preparatdan istifadəyə göstəriş deyil.

ƏKS GÖSTƏRİŞLƏR:

   Təsiredici maddəyə,və ya preparatın digər komponentlərinə qarşı məlum hiperhəssaslıq.

   Digər qeyri-steroid iltihab əleyhinə preparatlara ( QSİƏP ) qarşı,məsələn asetilsalisil turşusuna qarşı allergik reaksiya,hansı

 ki,bronxospazm,övrə,kəskin rinit,burunda poliplər və ya digər allergik simptomlarla özünü büruzə verir.

Hamiləliyin ııı trimestri.

Mədə və ya bağırsaqların kəskin xorası ,qanaxmalar ya perforasiya

Böyrək çatışmazlığı (YFS<15ml/dəq/1,7m )

Ağır ürək çatışmazlığı.

XÜSUSİ GÖSTƏRİŞLƏR;

Bütün qeyr-steroid iltiabəleyhinə preparatların ( QSİƏP ) istifadəsi zamanı olduğu kimi,diklofenak qəbul edərkən mədə-bağırsaq

 qanaxmaları,xoralar vəya perforasiyalar ölümlə nəticələnə bilər və müalicənin hərbir mərhələsində xəbərdarlıq simptomlarla

 və ya onlar olmadığı hallarda və ya anamnezdə ciddi mədə-bağırsaq əlamətləri ilə əmələ gələ bilər.Yaşlı xəstələrdə bu

 əlamətlərin adətən daha ciddi nəticələri olur.Voltaren preparatını istifadə edən xəstələrdə mədə-bağırsaq qanaxmaları və ya

 xoralar baş verdikdə bu dərman preparatı dərhal ləğv olunmalıdır.

BÖYRƏKLƏRƏ TƏSİRİ:

QSİƏP-lə müalicə zamanı mayenin ləngiməsi və ödemlər haqqında məlumat olduğundan ürək və ya böyrək funksiyasının

 pozulmaları,anamnezdə hipertenziyası olan xəstələrin və yaşlı xəstələrin,böyrək funksiyasına xeyli təsir göstərən diuretik

 vasitələri yanaşı qəbul edən xəstələrin,həmçinin hüceyrədənkənar maye həcminin müxtəlif etiologiyalı nəzərə çarpan azalması

 ( məsələn,ciddi cərrahi əməliyyatlardan öncə və sonra ) olan xəstələrin müalicəsində xüsusi diqqət tələb olunur.Belə hallarda

 Voltaren preparatı ilə müalicə zamanı ehtiyat tədbiri kimi böyrək funksiyasının monitorinqi məsləhət görülür.Preparatın

 dayandırılmasından sonra adətən böyrək funksiyası əvvəlki vəziyyətinə qayıdır.

YAŞLI XƏSTƏLƏRDƏ İSTİFADƏSİ

Dərman vasitəsini yaşlı xəstələrdə ehtiyatla istifdə etmək lazımdır.Bu xüsusən zəifləmiş və ya bədən çəkisi az olan xəstələrə

 aiddir.

Hamiləlik və lakatasiya dövründə istifadəsi:

Hamiləlik:Diklofenakın hamiləlik dövründə istifadəsinə dair məlumatlar məhduddur.Ona görə də,müalicənin potensial faydası

 döl üçün potensial riski üstələdiyi hallar istisna olmaqla Voltarenin hamiləliyin birinci iki trimestri dövründə təyin edilməsi

 tövsiyə olunmur.

Laktasiya:Digər QSİƏP kimi diklofenak cüzi miqdarda ana südünə keçir.Bunu nəzərə alaraq uşaqda xoşa gəlməz reaksiyaların

 qarşısını almaq üçün Voltaren laktasiya dövründə istifadə olunmur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI;

Voltaren tabletlərini bütöv şəkildə,maye ilə birlikdə yeməkdən əvvəl qəbul etmək məsləhətdir.Tableti bölmək və ya çeynəmək

 olmaz.

Dozanı fərdi şəkildə seçmək tövsiyə olunur.Simptomlara nəzarət etmək üçün kifayət edəcək ən aşağı effektiv dozada və

 mümkün qədər qısa müddət ərzində istifadə etməklə əlavə reaksiyaları minimuma endirmək olar.

Böyüklər:

Tövsiyə olunan başlanğıc doza 100-150 mq/gün təşkil edir.Xəstəliyin nisbətən yüngül hallarında,həmçinin uzunmüddətli

 müalicə zamanı  75-100mq-lıq gündəlik doza kifayət edir.Böyüklər üçün ümumi sutkalıq doza adətən 2-3 dozaya bölünür.Gecə

 ağrılarına və ya səhər hərəkətsizliyini azaltmaq lazım gələrsə preparatın qəbuluna əlavə olaraq gün ərzində Voltaren şam

 şəklində yatmazdan əvvəl təyin edilir; bu zaman gündəlik doza 150mq-dan artıq olmamalıdır.

Uşaqlar:

Xəstəliyin ağırlığından asılı olaraq,1yaş və ondan böyük uşaqlara gündəlik 2-3 qəbula bölünmüş 0.5-2 mq/kq bədən çəkisi doza

 təyin edilir.Yuvenil revmatoid artritin müalicəsi zamanı,gündəlik doza maksimum3mq/kq-a qədər artırıla bilər(doza 2-3qəbula

 bölünməlidir).

Gündəlik maksimal doza 150mq-dan artıq olmamalıdır.Doza gücünü nəzərə alaraq,Voltaren 50mq qatrorezistent tabletlərinin

 14 yaşından kiçik uşaqlarda istifadəsi tövsiyə olunmur;bu yaş qrupu xəstələrində Voltaren 25mq qastrorezistent tabletləri

 istifadə oluna bilər.

Yaşlı xəstələr(65yaş və yuxarı):

Adətən yaşlı xəstələrdə başlanğıc dozaya düzəlişlər edilməsi tələb olunmur.Lakin əsas tibbi vəziyyəti nəzərə alaraq xüsusən

 taqətsiz və aşağı çəkidə olan yaşlı xəstələrdə ehtiyatlı olmaq lazımdlr.

ƏLAVƏ TƏSİRLƏRİ:

Klinik tədqiqatlardan  və/və ya spontan hesabatlar və ya ədəbiyyat məlumatları əsasında alınmış əlavə təsirlər MedERA orqan

 sistemləri siniflərinə müvafiq olaraq təqdim edilir.

Hər bir sistem-orqan sinfində əlavə təsirlər baş vermə tezliyinin azalması istiqamətində təqdim edilmişdir.Hər bir tezlik qrupunda

 əlavə təsirlər onların ağırlıq dərəcəsinin azalması istiqamətində sadalanır.

Qan yaradıcı sistemə : çox nadir hallarda-trombosotopeniya,leykopeniya,anemiya ( hemolitik və aplastik anemiya daxil

 olmaqla ),aqranulositoz.

İmmun sistemə:nadir hallarda-hiperhəssaslıq,anafilaktik və anafilaktoid reaksiyalar çox nadir hallarda-angionevrotik ödem.

Doza həddinin aşılması:

Voltarenin doza həddinin aşılmasının tipik klinik mənzərəsi yoxdur.Doza həddinin aşılması qusma,mədə-bağırsaq

 qanaxmaları,diareya,başgicəllənmə,qulaqlarda küy və ya qıcolmalar kimi simptomlarla müşayiət oluna bilər.

Kəskin zəhərlənmə hallarında kəskin böyrək çatışmazlığı və qaraciyərin zədələnməsi baş verə bilər.

 



TƏRKİBİ:

Təsiredici maddə:1tabletin tərkibində 25 və ya 50mq natrium-diklofenak vardır.

Köməkçi maddələr:susuz kolloidal silisium4-oksid,laktoza,qarğıdalı nişastası,natrium nişasta qlikolyatı,povidon,mikrokristallik

 sellüloza,maqnezium-stearat.


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

 olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.