AIROVENT AYROVENT  10 MQ

AIROVENT AYROVENT 10 MQ

13.72 AZN
N 28 tabletka 

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Airovent  10 mq örtüklü tabletlər  15 yaşdan yuxarı yüngül və orta dərəcəli davamlı astması olan , inhalyasion

kortikosteroidlərlə müalicə zamanı və qısamüddətli təsirə malik aqonistlərlə klinik nəzarətin təmin oluna

bilmədiyi yeniyetmələrin və böyüklərin müalicəsi üçün  əlavə terapevtik vasitə kimi təyin edilir. Airovent 10 mq

örtüklü tabletlər  həmçinin astma xəstələrində mövsümi allergik rinit simptomlarının aradan qaldırılması

məqsədi ilə də istifadə edilir.

ƏKS GÖSTƏRİŞLƏR :

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq .

XÜSUSİ XƏBƏRDARLIQ VƏ EHTİYAT TƏDBİRLƏRİ :

Kəskin astma tutmaları zamanı pasiyentlər müalicə məqsədi ilə Airovent 10 mq qəbul etməməli və belə 

hallarda mütəmadi qəbul edilən dərman vasitələrindən istifadə olunması məsləhət görülür.Qısa müddətli təsirə

malik B-aqonist inhalyasiya qəbuluna ehtiyac artarsa , pasiyentlər həkimə müraciət etməlidir.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞƏLIQLI TƏSİRİ :

Airovent 10mq örtüklü tabletlər astmanın profilaktikası və terapiyası üçün mütəmadi istifadə  olunan digər

müalicə  vasitələri ilə yanaşı təyin oluna bilər.Dərmanların qarşılıqlı təsiri ilə əlaqədar  aparılmış tədqiqatlarda

montekulastın məsləhət görülən klinik dozaları aşağıdakı tibbi məhsulların farmakokinetikasına klinik cəhətdən

əhəmiyyətli dərəcədə təsir etməmişdir : teofillin , prednizon , prednilozon , oral kontraseptivlər , terfenadin ,

diqoksin və varfarin.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNƏ İSTİFADƏSİ :

Eksperimental tədqiqatlar dərman vasitəsinin hamiləliyə , embrionun/dölün inkişafına  hər hansı mənfi təsirinin

olmadığını göstərir.

Hamiləlik zamanı dərman vasitəsinin tətbiq olunduğu klinik tədqiqatlardan onun malformasiyaya səbəb olduğu

qeyd edilməmişdir.


İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Astmadan və mövsümi allergik rinitdən əziyyət çəkən 15yaşdan yuxarı yeniyetmələr və böyüklər gündəlik doza

olaraq hər axşam bir Airovent 10mq örtüklü tablet qəbul etməlidirlər.

Ümumi məsləhətlər : Airovent 10 mq astma tutmalarına nəzarəti təmin edən parametrlər üzrə müalicəvi təsiri

bir gün ərzində baş verir.Airovent 10mq yemək zamanı və ya acqarnına qəbul edilir.Pasiyentlər montelukastı

astmanın şiddətləndiyi dövrlərdə qəbul etməklə yanaşı , eləcə də astmaya nəzarətin təmin olunduğu zaman

qəbul etməlidirlər.

ƏLAVƏ TƏSİRLƏRİ :

Yuxarı tənəffüs yolları infeksiyaları :

Qanaxmaya meyilliliyin artması :

Yüksək həssaslıq reaksiyaları :

Yuxunun qeyri – normal olması , o cümlədən ,yuxusuzluq , somnambulizm , əsəbilik , narahatçılıq ,

həyəcanlanma və s.

Başgicəllənmə , yuxululuq , paresteziya/hipeoesteziya.

Ürək döyünməsi.

Burun qanaxması.

DOZA HƏDDİNİN AŞILMASI :

Airovent 10 mq-la müalicə zamanı doza həddinin aşılması haqda xüsusi məlumat yoxdur.Xroniki astma

tədqiqatlarında motelukast 22 həftə müddətində böyüklərə 200 mq/gün dozasında və qısa müddəti

tədqiqatlarda 900 mq/gün  dozasına qədər təxminən bir həftə müddətində istifadəsi zamanı xəstələrdə klinik 

vacib olmayan əlavə təsirlər baş vermişdir.


TƏRKİBİ :

Təsiredici maddə : hər örtüklü tabletin 10mq montelukasta ekvivalent  olan 10,40 mq natrium – montelukast

vardır.

Köməkçi maddələr : hidroksipropil sellüloza , mikrokristallik sellüloza , laktoza monohidrat , natrium –

kroskarmelloza , maqnezium – stearat : hipormelloza , titan dioksid ( E 171 ) , qırmızı dəmir oksidi ( E 172 ) ,

sarı dəmir oksidi ( E 172 ).

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.