SMART D

SMART D

20.60 AZN
30 ML DAMCI
GÖSTƏRİŞLƏR :

-  İmmunitet zəifliyi

-  Hipokalsiemiya , hipofosfatemiya

-  Yenidoğulmuşlar və südəmər dövr

-  İştahın azalması

-  Raxit xəstəliyinin müalicəsi və profilaktikası

-  Boydan və çəkidən geri qalan uşaqlar

-  Xroniki xəstəliklər keçirmiə uşaqlar

-  Bəzi preparatların qəbulu  ( qıcolma əleyhinə preparatlar və s. )

-  Osteoparoz xəstəliyinin müalicəsi və profilaktikası.

ƏKS GÖSTƏRİŞ :,

Tərkibindəki  hər hansı kompanentə qarşı yüksək həssaslıq , hiperkalsiyemiya , D vitamin hipervitaminozu ,

böyrək osteodistrofiyası , xroniki böyrək və qaraciyər xəstəlikləri.

ƏLAVƏ TƏSİRİ :

Müşahidə olunmamışdır.

İSTİFADƏ QAYDASI :

0 – 3 yaş , sutkada 500 BV ( 1 damcı ).

3 – 18 yaş , sutkada 500 – 1000 BV (  1 – 2 damcı ).

18 – 50 yaş , sutkada 500 BV ( 1 damcı ).

50 yaşdan yuxarı sutkada 500 – 1000 BV ( 1 – 2 damcı ).

Təmiz havada lazımi qədər olmayan
yenidoğulmuş uşaqlara profilaktik məqsədi ilə 500 – 1000 BV sutkada 1

dəfə.
Yarımçıq doğulan uşaqlar və əkiz uşaqlara sutkada  1000 – 1500 BV.Yay aylarında 500 BV təyin

edilir.
Hamilələrə , hamiləliyin 28 həftəsindən başlayaraq , sutkada 500 BV ( 1 damcı ) təyin edilir.Klimaks

dövründə  500 – 1000 BV təyin edilir.Raxit xəstəliyinin müalicəsində , 2000 – 5000 BV   ( 4 – 5 damcı ) təyin

edilir.
Osteoparozun müalicəsi zamanı 500 – 1000 BV təyin edilir.
TƏRKİBİ :

Hər 1ml – də :

D3 vitamini ( xolekalsiferol ) – 15000 BV ( 1ml 30 damcı ).

1damcıda 500 BV D3 vitamini.

Uşaq orqanizminin inkişafı üçün D vitamininin rolu əvəzsizdir.Orqanizmdə kalsiumun saxlanılması və

bağirsaqlardan sorulması üçün D3 vitaminin iştirakı mütləqdir.Statistik məlumatlara görə dünyada təxminən 1

milyard insanda D3 vitaminin çatışmazlığı mövcuddur.Təbii ki , bunların da böyük bir qismi uşaqlardır.

D vitaminin bioloji aktiv forması olan D3 vitamini – xolekalsiferol bioloji çevirmə yolu ilə D2 vitamini –

erqokalsiferoldan əmələ gəlir.Bu proses dəridə gedir və prosesin baş verməsi üçün günəşin ultrabənövşəyi

şüalarının iştirakı vacibdir.Bu yolla tələbat tam ödənilmədiyindən qida vasitəsilə də D3 vitaminin alınması

mütləqdir.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun

növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.