ZYLANZA  ZİLANZA 10MG

ZYLANZA ZİLANZA 10MG

37.99 AZN
TƏSVİRİ:

Girdə, solğun sarı rəngli, üstündə “5” və “10” qeyd olunan tabletlərdir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Şizofreniya;

-  Affektiv pozğunluqlar;

-  Müxtəlif psixi pozğunluqlar;

-  Kəskin maniakal və qarışıq tutmalar.

ƏKS GÖSTƏRİŞLƏR:

-  Bu preparatın tərkibindəki inqredientlərə qarşı hiperhəssaslıq olduqda;

-  Qlaukoma xəstəliyi.

UŞAQLAR TƏRƏFİNDƏN İSTİFADƏSİ:

18 yaşdan kiçik şəxslərə Zylanzanın təyin olunması məsləhət görülmür.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Zylanza preparatını yalnız həkim təyin etdiyi qaydada qəbul edin.

Sizin həkiminiz Zylanzanı hansı dozada və hansı müddətə qəbul etməyiniz haqda məlumat verməlidir. Sutkalıq doza 5-20 mq

arasındadır.

Zylanza tabletləri asan bölündüyündən ehtiyatla tutmaq lazımdır. Tableti yaş əllə tutmayın, əks halda tablet bölünə bilər.

1. Blisterin kənarından tutaraq, bir tabletin yuvasının kənarlarını blisterdən ayırın.

2. Ehtiyatla blisterin örtüyünü soyun.

3. Ehtiyatla tableti yuvasından xaric edin.

4. Tableti ağıza qoyun. Tablet ağıza qoyduqda əriyərək asanlıqla udulur.

Tableti həmçinin bir stəkan suda, portağal şirəsində, alma şirəsində, süddə, kofedə həll edərək qəbul etmək olar. Bəzi içkilərin

rəngi dəyişə, bulanıq rəng ala bilər.

ƏLAVƏ TƏSİRLƏRİ:

Digər preparatlar kimi Zylanzada əlavə təsirlərə səbəb ola bilər. Ancaq bu bütün xəstələrdə rast gəlinmir.

Tez-tez rast gəlinən əlavə təsirlər: preparatı qəbul edən 10 nəfərdən birinə:

-  Bədən kütləsinin artması;

-  Yuxusuzluq;

-  Qanda prolaktinin qatılığının artması.

Az rast gəlinən təsirlər: preparatı qəbul edən hər 1000 nəfərdən 1-10 nəfər arası:

-  Ürək ritminin zəifləməsi;

-  Günəş şüalarına qarşı həssaslıq;

-  Sidiyi saxlaya bilməmək;

-  Tüklərin tökülməsi;

-  Menstrual dövrün itməsi, azalması;

-  Kişilərdə və qadınlarda süd vəzilərinin böyüməsi və südün ifraz olunması;

-  Qanın laxtalanmasının, xüsusəndə venalarda artması.

DOZA HƏDDİNİN AŞILMASI:

Zylanzanı dozadan artıq qəbul etdikdə aşağıdakı əlamətlər meydana çıxa bilər: ürəkdöyünmə, aqressivliyin artması, nitq

pozğunluqları, qeyri-iradi hərəktlər, diqqətin zəifləməsi, qıcolmalar, koma, qızdırma, tənəffüsün tezləşməsi, tərləmənin artması,

əzələ gərginliyi, yuxuculluq, tənəffüs ritminin zəifləməsi, aspirasiya, qan təzyiqinin qalxması yaxud azalması, ürək ritmi

pozğunluqları. Təcili həkimə müraciət edin və qəbul etdiyiniz preparatın qutusunu göstərin.

Tərkibi:

Təsireidici maddə: hər tabletin tərkibində 5 və 10 mq olanzapin vardır.

Köməkçi maddələr: kalsium karbonat, jelatinləşdirilmiş qarğıdalı nişastası, laktoza monohidrat, krospovidon ( A tip ), aspartam,

manezium stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.