PRİMAVİR

PRİMAVİR

55.00 AZN
TƏSVİRİ :

Yaşımtıl sarı rəngli , şəffaf mayedir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Monoterapiya şəklində və ya kompleks müalicənin tərkibində :

- qrip və digər respirator virus infeksiyaları , o cümlədən , immun çatızmazlığı fonunda:

- Herpes simplex , Varicella zoster ,  Herpes simplex genitalis viruslarının törətdikləri infeksiyalar ,o cümlədən , immun

sisteminin çatışmazlığı olan şəxslərdə:

- İmmun çatışmazlığı olan şəxslərdə sitomeqalovirus infeksiyası :

- radiasion immun çatışmazlığı:

- İİV -infeksiyaları:

- Virus mənşəli ensefalitlər və ensefalomielitlər:

-  kəskin və xroniki hepatit B və C:

- xlamidiya mənşəli uretritlər , epididimitlər , prostaditlər . servisitlər və salpingitlər:

- venerik ( zöhrəvi ) limfoqranulemalar:

- onkoloji xəstələr:

- dağınıq skleroz:

- dərinin və selikli qişaların kandidoz zədələnmələri:

- papillomavirus infeksiyaları:

Qripin və digər kəskin respirator virus infeksiyalarının profilaktikası.

ƏKS GÖSTƏRİŞLƏR :

Preparata qarşı fərdi dözümsüzlük.Ağır böyrək çatışmazlığı.Autoimmun xəstəliklət.Hamiləlik və laktasiya dövrü , 18yaşa qədər

uşaqlar.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik və laktasiya dövründə Primavirin istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir , bu səbəbə görə preparatın hamiləlik və

laktasiya dövründə istifadəsi əks göstərişdir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Dəri və dərialtı toxuma tərəfindən baş verən pozulmalar : səpgi.

Çox nadir hallarda – 1/10000 ( <0,01% ).

İmmun sistem tərəfindən baş verən pozulmalar : hiperhəssaslıq reaksiyaları , anafilaktik 

reaksyalar , bədən temperaturunun artması daxil olmaqla.

Çox nadir hallarda – 1/10000 ( <0,01% ).

TƏRKİBİ :

Təsiredici maddə : 1ml məhlulun tərkibində 125mq oksodihidroakridinilasetat natrium vardır.

Köməçi maddələr : natrium sitrat dihidrat , limon turşusu monohidrat , inyeksiya üçün su.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.