QROPRİNOSİN GROPRİNOSİN

QROPRİNOSİN GROPRİNOSİN

23.98 AZN

TƏSVİRİ:

Oval formalı , ikitərəfli qabarıq , ağ rəngdən krem rənginə qədər , bir tərəfində bölmə xətti olan , uzunluğu 17 mm , eni 7mm olan

 tabletlər.


İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Dərinin və selikli qişaların  ı və ıı tip herpes  virusu ilə törədilmiş  infeksiyaları , Varicela zoster ilə törədilmiş xəstəliklər:

-  Anogenital  nahiyənin papillomavirus infeksiyası , itiuclu  kondilomalar  , podofillindən  və lazer  vasitəsilə CO
2  destruksiya

müalicəyə əlavə kimi:

-  Yarımkəskin sklerozlaşdırıcı panensefalit:

-  İmmun sistemi zəifləmiş xəstələrdə virus infeksiyaları nəticəsində törədilmiş immunçatışmazlığı halları:

ƏKS GÖSTƏRİŞLƏR:

-  İnozin pranobeksə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq :

-  Podaqra :

-  Sidikdaşı xəstəliyi :

-  ІІІ dərəcəli ağır böyrək çatışmazlığı :

-  1 yaşa qədər uşaqlar :

XÜSUSİ GÖSTƏRİŞLƏR :

Müalicəyə başlamazdan əvvəl həkimlə məsləhətləşin.Yadda saxlamaq lazımdır ki , Qroprinosin digər virusəleyhinə preparatlar

kimi kəskin virus infeksiyalarında müalicəyə xəstəliyin erkən mərhələsində başlayarkkən daha effektiv olur.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ :

Hamiləlik və laktasiya dövrü preparatın istifadəsinə əks göstərişdir , çünki bu qrup xəstələrdə preparatdan istifadənin

təhlükəsizliyi müəyyən olunmayıb.

PEDİATRİYADA İSTİFADƏSİ:

1 yaşdan yuxarı uşaqlarda istifadə edilir.

İSTİFADƏ DOZASI VƏ İSTİFADƏ QAYDASI :

Preparat daxili , yaxşı olar ki yeməkdən sonra , sutkada 3 – 4 dəfə bərabər fasilələrlə qəbul edilir : ehtiyac yarandıqda tableti

çeynəmək , xırdalamaq və/və ya istifadədən bilavasitə öncə bir qədər miqdarda suda həll etmək mümkündür.Müalicənin

davametmə müddəti nozologiyadan , prosesin ağırlığından və residivlərin tezliyindən asılı olaraq fərdi təyin edilir.Müalicənin


davametmə müddəti 5 – 14 gün təşkil edir , ehtiyac yarandıqda 7 – 10 günlük fasilədən sonra müalicə kursu təkrarlanır.

ƏLAVƏ TƏSİRLƏRİ:

Preparat adətən yaxşı mənimsənilir , hətta uzunmüddətli istifadə zamanı .Bütün əlavə effektlər preparat ləğv edildikdən sonra

tez keçib gedir və əlavə müalicə tələb etmir.

3ay və daha artıq davam edən klinik tədqiqatların gedişatında aşkar olunmuş və postmarketinq sınaqların əsasında

hesabatlarda əks olunmuş tez – tez müşahidə edilən əlavə reaksiyalara aiddir :

-  Həzm sistemində : iştahanın zəifləməsi , bəzi hallarda qusmaya gətirən ürəkbulanma , epiqastral nahiyədə ağrı :

-  Qaraciyərdə : qanda aminotransferazaların , qələvi fosfatazanın və karbamid azotun aktivliyinin yüksəlməsi :

-  Dəridə dəyişikliklər : qaşınma , səpgi :

-  Sinir sistemində : başağrısı və başgicəllənmə , yorğunluq pis əhval :

-  Digər reaksiyalar : oynaqlarda ağrı :

Nadir hallarda müşahidə olunan arzuolunmaz reaksiyalara aiddir :

-  Həzm sistemində : diareya , qəbizlik :

-  Sinir sistemində :əsəbilik , yuxuyameyillilik , və ya yuxusuzluq :

-  Sidik – cinsiyyət sistemində : poliuriya ( sidik həcminin artması ) :

-  Allergik reaksiyalar : ləkəli – papüloz səpgi , övrə , qaşınma , angionevrotik ödemm :

DOZA HƏDDİNİN AŞILMASI :

Preparat müalicəvi dozalarda təyin edildikdə doza həddinin aşılması halları müşahidə olunmayıb.Doza həddinin aşılması

zamanı mədənin yuyulması və simptomatik müalicə göstərilir.


TƏRKİBİ:

Təsiredici maddə :1taletin tərkibində 500 mq metizoprinol vardır.

Köməkçı maddələr : kartof nişastası , povidon , maqnezium stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

 olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.