KARDURA CARDURA 2 mg

KARDURA CARDURA 2 mg

14.51 AZN


Tabletlər 2 mq – bir tərəfində - < CN 2 > və bölmə xətti , digər tərəfində - < Pfizer > həkk olunmuş ağ ,rombşəkilli , ikitərəfli 

qabarıq tabletlər.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

·  Prostat vəzinin xoşxassəli hiperplaziyası ( PVXH ) :

·  PVXH – lə bağlı simptomların  və sidik ifrazının ləngiməsinin müalicəsi :

·  Arterial hipertenziya ( kombinəolunmuş terapiyanın tərkibində ) :

ƏKS GÖSTƏRİŞLƏR :

·  Doksazozinə , xinazolinlərə və ya preparatın hər hansı köməkşi komponentinə qarşı yüksək həssaslıq :

·  Laktaza çatışmazlığı , kaktozaya qarçı dözümsüzlük , qlükoza – qalaktoza malabsorbiyası :

·  18 yaşadək yaş dövrü :

·  Sidik kisəsində daşlar :

·  Anuriya :

·  Sidikçıxarıcı yolların infeksiyaları

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜ :

Heyvanlar üzərində eksperiment zamanı preparat teratogen təsir göstərməsədə , onun yalnız yüksək dozalarda tətbiqi zamanı

dölün yaşaması ehtimalının azalması müşahidə olunub.

Göstərilən dozalar insan üçün məsləhət görülən maksimal dozalardan təxminən 300 dəfə artıq olmuşdur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Kardura preparatı daxilə qəbul edilir : səhər və ya axşam qəbul oluna bilər.

Prostat  vəzinin xoşxassəli hiperplaziyası

Kardura preparatının tövsiyə olunan başlanğıc dozası sutkada 1 dəfə 1 mq təşkil edir.Bu postural hipotenziya və / və ya

sinkopal halların inkişafını minimuma endirmək üçündür.

Arterial hipertenziya

Doza 1 – dən 16 mq/gün - ə qədər dəyişir.Müalicəni 1 və ya 2 həftə ərzində sutkada 1 dəfə 1 mq – dan başlamaq tövsiyə

olunur ki , postural hipotenziyanın və / və ya sinkopal halların ( bayılma ) inkişaf ehtimalı minimuma endirilsin.

Yaşlı xəstələrdə istifadəsi

Dozanın korreksiyası tələb olunmur.

Uşaqlarda istifadəsi

Kardura preparatının uşaqlarda istifadə təcrübəsi yoxdur.

ƏLAVƏ TƏSİRLƏR :

Arzuolunmaz reaksiyaların tezliyi aşağıdakı təsnifatla verilib.

Çox tez – tez :  ≥10 %

Tez – tez :  ≥1% və < 10%

Bəzən :  ≥0,1 % və < 1%

Nadir :  ≥0,01% və 0,1%

Çox nadir :  <0,01 %

DOZA HƏDDİNİN AŞILMASI :

Simptomları : AT – nin bəzən bayılma ilə müşayiət olunan nəzərəçarpan azalması .

Müalicəsi : xəstəni dərhal arxası üstdə uzatmaq və ayaqlarını qaldırmaq lazımdır , lazım gələrsə simptomatik müalicə

aparılmalıdır.Doksazozinin qan plazmasının zülalları ilə birləşməsi yüksəkdir , buna görə də dializ effektiv deyil.

 


Təsiredici maddə : 1 tabletin tərkibində müvafiq olaraq 2,430 mq və ya 4,850 mq ( 2mq , doksazozinə  ekvivalent )  doksazozin

mezilat vardır.

Köməkçi maddələr : natrium nişasta qlikolyatı , laktoza monohidrat , mikrokristallik sellüloza , maqnezium – stearat , natrium

laurilsulfat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.