Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

UROPİRİN

28.00 AZN
UROPİRİN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Aşağı sidikqovucu yolların selikli qişasının infeksiyası , cərrahi əməliyyatdan sonrakı dövr , endoskopik müayinələr , sidik

kisəsinin kateterizasiyası zamanı zədələnməsi nəticəsində rast gələn ağrı , yanğı  və göynəmə hissi , tez – tez sidiyəgetmə

kimi simptomları yüngülləşdirmək məqsədi ilə istifadə olunur .Fenazopiridin hidroxlorid diaqnozu müəyyənləşdirmədən və

xəstəliyin səbəbini araşdırmadan da istifadə edilə bilər .

ƏKS GÖSTƏRİŞLƏR :

Fenazopiridin hidroxloridə və preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq .

Qlükoza – 6 – fosfodehidrogenaza fermentinin çatışmazlığı .

Orta və ağır dərəcəli böyrək pozğunluqları , qlomerulonefrit .

Qaraciyər pozğunluqları , kəskin hepatit .

Anemiya , methemoqlobinemiya .

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜ :

Laborator heyvanlar üzərində aparılan reproduktiv təqdidatlarında – 50 mq / kq / gün dozada siçovullarda – fertillik və

fetotoksik xüsusiyyətlər aşkar olunmamışdır . hamilələrdə eyni adlı tədqiqatlar aparılmadığı üçün preparatın  hamiləlik

dövründə istifadəsi ciddi əsaslandırılmalıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

 6 – 12 yaşlı uşaqlar :

Sutkalıq doza 12 mq / kq bədən kütləsinə olmaqla təyin edilir. Bu yaş kateqoriyasında müalicə müddəti 2 sutkadan artıq ola

bilməz .

Tabletlər 1 stəkan su ilə çeynəmədən və yeməkdən sonra daxilə qəbul edilir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Mədədə diskomfort , başağrısı , başgicəllənmə müşahidə oluna bilər . Bu və ya digər hallar barədə həkiminizi

məlumatlandırın.Preparat sidiyin rəngini qırnızı rəngə boyayır , lakin bu zərərsizdir.

DOZA HƏDDİNİN AŞILMASI :

Tövsiyyə olunan doza həddinin aşılması qanda preparatın plazma səviyyəsini artıra bilər.

Çox yüksək dozada və kəskin zəhərlənmə zamanı methemoqlobinemiya müşahiə olunur.

 
TƏRKİBİ :

Təsiredici maddə : 1 tabletin tərkibində 100 mq fenazopiridin hidroxlorid vardır .

Köməkçi maddələr : qarğıdalı nişastası , talk , kalsium – karbonat , təmizlənmiş su .