PRUDENS D3

PRUDENS D3

13.30 AZN
15 ml damcı
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Müalicə və profilaktika məqsədilə :

·  D vitamini defisiti

·  Raxit və raxitəbənzər hallar

·  Hipokalsiemik tetaniya

·  Osteomalyasiya

·  Metabolik osteopatiyalar

·  Osteoporozun müalicəsində

D vitamini hipervitaminozu , Hiperkalsiemiya , Hiperkalsiuriya , Sidik daşı xəstəliyi , Sarkoidoz ,Böyrəklərin kəskin və xroniki

xəstəlikləri , Böyrək çatışmazlığı , Ağciyər vərəminin aktiv forması , 4 həftəyə qədər uşaqlar , D vitamininə qarşı individual

hiperhəssaslıq.

XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ EHTİYAT TƏDBİRLƏRİ :

D vitamini ilə müalicə xüsusi həkim nəzarəti altında aparılmalıdır , uzun müddətli və yüksək dozalarda Prudens D3 – ün

istifadəsi D vitamininin xroniki hipervitaminozuna səbəb olur. Prudens D3 və kalsium preparatlarını eyni zamanda yüksək

dozalarda istifadə etmək olmaz.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik zamanı Prudens D3 – ü yüksək dozada təyin etmək məsləhət görülmür , çünki teratogen effekti var.Laktasiya

dövründə isə yüksək dozada təyini uşaqda doza həddinin aşılmasına səbəb ola bilər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Böyüklər : gündə 10 damcı

Uşaqlar : gündə 5 damcı

ƏLAVƏ TƏSİRLƏRİ :

Hipervitaminozun əlamətləri : iştahanın itməsi , ürəkbulanma , qusma , baş ağrıları , əzələ və oynaq ağrıları , qəbizlik , ağızda

quruluq , poliuriya , psixikanın pozulması , depressiya , bədən çəkisinin azalması , yuxu pozulması , bədən temperaturunun

qalxması , sidikdə zülal , leykosit hialin silindrlər əmələ gəlir , qanda kalsiumun artması və onun sidiklə xaric olması ,

böyrəklərin , ağciyərlərin və damarların kalsinozu ola bilər.

TƏRKİBİ :

Hər 10 damcının tərkibi :

Vitamin D3 25 mkq 1000 BV ekvivalent

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.