Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

FURAQİN

2.65 AZN
FURAQİN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Sidik yollarının kəskin və xroniki infeksiyaları : pielonefrit , sistit , uretrit , prostatit , sidik – cinsiyyət sisteminin əməliyyatdan

sonrakı infeksiyaları.

ƏKS GÖSTƏRİŞLƏR :

- Furaginə , digər nitrofuran törəmələrinə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq.

- Ağır böyrək çatışmazlığı ( kreatin klirensi 30 ml/dəqiqədən az ).

- Ağır böyrək çatışmazlığı .

- Polinevropatiya ( diabetik daxil olmaqla ).

- Saxaraza/izomaltaza/laktaza çatışmazlığı , laktozaya qarşı dözümsüzlük.

XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ EHTİYAT TƏDBİRLƏRİ :

Preparatı aşağıdakı hallarda ehtiyatla istifadə etmək lazımdır.

- Böyrək funksiyalarının pozğunluğunda ( ağır böyrək çatışmazlığında istifadəsi əks göstərişdir ):

- anemiya :

- B qrup vitaminlərinin və fol turşusunun defisiti :

- ağciyər xəstəlikləri :

- şəkərli diabet zamanı preparat polineyropatiya yarada bilər.

HAMİLƏLİK VƏ LAKTSİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Preparat çoxlu miqdarda su ilə dərhal yeməkdən sonra daxilə qəbul edilir.

Böyüklər

Sutkada 2 – 3 dəfə 100 – 200 mq ( 2 – 4 tablet ).Müalicə kursu xəstəliyin ağırlığından , müalicənin effektivliyindən , eləcə də

böyrəklərin funksional vəziyyətindən asılı olaraq 7 – 10 gün təşkil edir.

Uşaqlar

Uşaqlara qəbul etmək olmaz.

ƏLAVƏ TƏSİRLƏRİ :

Qan sistemi tərəfindən baş verən pozulmalar : çox nadir hallarda – qanyaranmanın pozulması.

İmmun sistem tərəfindən baş verən pozulmalar : hiperhəssaslıq reaksiyaları , qaşınma , səpgi , övrə , angionevrotik ödem də

daxil olmaqla.

DOZA HƏDDİNİN AŞILMASI :

Adətən böyrək funksiyası pozğunluğu olan pasiyentlərdə toksik təzahürlər ola bilər.

Simptomları

Başağrısı , başgicəllənmə , depressiya , periferik polinevrit , allergik reaksiyalar, ürəkbulanma , qusma , hemolitik anemiya

nadir hallarda qaraciyərin funksional pozğunluğu.

Müalicəsi

Dərman vasitəsinin qəbulunu saxlamaq , çoxlu miqdarda maye , antihistamin vasitələri , B qrup vitaminləri qəbul etmək

lazımdır.Müalicəsi simptomatikdir.Ağır hallarda – hemodializ aparılır.Spesifik antidotu yoxdur.



Təsiredici maddə :1 tabletin tərkibində quru maddəyə nəzərən 50 mq furazidin vardır.

Köməkçi maddələr : Sellektoza – 80 ( monohidrat laktoza və mikrokristallik sellülozanın 3:1 nisbətinə qarışığı ) , kartof nişastası ,

maqnezium stearat , polisorbat – 80.