Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

AKRİDERM SK 15 Q KREM

3.70 AZN
AKRİDERM SK 15 q krem
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Hiperkeratozla müşayiət olunan dermatozların yerli müalicəsi : psoriaz , məhdud və diffuz neyrodermit , qırmızı yastı dəmrov ,

ekzema , dishidrotik dermatit , ixtioz və ixtiozformalı dəyişikliklər.

ƏKS GÖSTƏRİŞLƏR :

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq , dəri vərəmi , perioral dermatit , çəhrayı çivzə , xroniki

venoz çatışmazlıq fonunda trofik xoralar , dəri şişləri , açıq yaralar , laktasiya dövrü , 1 yaşa qədər uşaq yaş dövrü.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Xaricə istifadə olunur.

Akriderm SK gündə 2 dəfə səhər və axşam nazik təbəqə şəklində dərinin zədələnmiş sahəsinə yaxılır.

Digər istifadə tezliyi xəstəliyin ağırlığından asılı olaraq həkim tərəfindən təyin edilə bilər.

ƏLAVƏ TƏSİRLƏRİ :

Qlükokortikosteroidlərin yerli istifadəsi zamanı aşağıdakı əlavə təsirlər müşahidə oluna bilər : yandırıcı hiss , qıcıqlanma ,

dərinin quruluğu , follikulit , hipertrixoz , çivzəyəbənzər səpgi , hipopiqmentasiya , perioral dermatit.Uzun müddət istifadə 

zamanı , həmçinin okklüzion sarğının istifadə edilməsi zamanı – dərinin yumşalması , ikincili infeksiya , dərinin atrofiyası ,

tərləmə , purpura.
 

Təsiredici maddə : 1 q məlhəmin tərkibində 0,64 mq betametazon dipropionat və 30 mq salisil turşusu vardır.

Köməkçi maddələr : vazelin , vazelin yağı.