Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

METFORİKS

9.26 AZN
METFORİKS
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

·  2 – ci tip şəkərli diabetin müalicəsi : xüsusilə pəhriz və fiziki məşqlərin köməyilə qanda şəkərin səviyyəsinin aşağı salınması

mümkün olmayan artıq bədən kütləsinə malik xəstələrdə

·  Böyüklərdə , monoterapiya şəklində və ya şəkər xəstəliyinin kompleks malicəsində digər dərman vasitələri ilə birlikdə

·  10 yaş və yuxarı uşaqlarda və yeniyetmələrdə , METFORİKS monoterapiya şəklində və ya insulinlə kombinəedilmiş şəkildə

·  Orqanizmdə qlükozanın normal səviyyəsinin saxlanılması mümkün olmadıqda , ən azı bir risk faktoru olan prediyabetik

şəxslərdə 2 – ci tip şəkrli diabetin müalicəsi zamanı istifadə olunur.

ƏKS GÖSTƏRİŞLƏRİ :

·  Təsir edici maddəyə və ya inqrediyentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq ( allergiya )

·  Böyrək və qaraciyər çatışmazlığı və böyrəklərin funksional pozğunluğu olan xəstələr.

·  Hiperqlikemiya , ürəkbulanma , qusma , dehidratasiya , sürətli şəki azalması və ya ketoasidoz zamanı nəzarəti mümkün

olmayan şəkər xəstəliyi zamanı.

·  Mədə ağrısı , tez – tez və dərin tənəffüs , yuxululuq əlamətləri ilə müşahidə olunan Ketoasidoz

·  Laktasiya dövrü

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik zamanı əsasən insulinin istifadəsi tövsiyə edilir.

Hamiləlik dövründə METFORİKS istifadə etməzdən əvvəl mütləq həkiminizə bildirin.

Laktasiya dövründə metformin istifadə olunmamalıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

·  Həkiminiz fərqli şəkildə qəbul qaydası və doza təyin etmədikdə , başlanğıc doza kimi gündə 2 – 3 dəfə qida ilə və ya qida

qəbulundan sonra tərkibində 500 mq və ya 850 mq 1 örtüklü tablet qəbul olunur.Maksimal doza üç qəbula bölünmüş 3000

mq/gün təşkil edir.

·  Diabetin müalicəsi üçün standart başlanğıc doza qida ilə və ya qida qəbulundan sonra gündə 2 dəfə 2 qəbula bölünmüş

1000 , 1700 mq təşkil edir.

İSTİFADƏ QAYDASI :

Tabletləri çeynəmədən və əzmədən yetərincə su ilə qəbul edin.

·  METFORİKS gün ərzində 1 dəfə təyin edilmişdirsə , səhər yeməyindən və ya yeməkdən sonra qəbul edilir.

·  METFORİKS gün ərzində 2 dəfə təyin edilmişdirsə , səhər və axşam , yeməklə və ya yeməkdən sonra qəbul edilir.

·  METFORİKS gün ərzində 3 dəfə təyin edilmişdirsə , səhər günorta və axşam , yeməklə və ya yeməkdən sonra qəbul edilir.

DOZA HƏDDİNİN AŞILMASI :

Təyin olunmuş dozadan artıq doza qəbul edilməsi Laktoasidozun yaranmasına gətirib çıxara bilər.Laktoasidozum qusma ,

əzələqıcolması ilə müşahidə olunan qarın ağrıları , yorğunluq , ümumilikdə insanın özünü pis hiss etməsi və təngənəfəslik

kimiəlamətləri vardır.

Əgər sizdə qeyd olunan əlamətlər varsa preparatın qəbulunu dayandırın və təcili olaraq həkimə məlumat verin.

ƏLAVƏ TƏSİRLƏRİ :

- Laktoasidoz.

Laktoasidoz əsasən böyrəklərin normal fəaliyyəti pozulduqda çox nadir rast gəlir , lakin ciddi mənfi təsirləri ola bilən əlavə

təsirdir.

- Şüur pozğunluğu , başgicəllənmə , yuxu pozqunluğu , qusma ürəkbulanma , və baş ağrısı ilə müşahidə olunan metabolik

asidoz.

Aşağıda qeyd olunmuş hansı bir arzuolunmaz effektlər baş verdikdə dərhal həkimə müraciət edin.

- Qanda B12 vitamin səviyyəsinin azalması.

- Qaraciyər funksiyasının təyin edilməsi üçün aparılmış müayinənin nəticələrində ciddi tərəddüdlər olduqda.

- Hepatit.

- Xolestatik hepatit.

- Qaraciyər fermentlərinin səviyyəsinin artması.

-  Hemolitik anemiya.

- Dəri reaksiyaları : qızartı , qaşınma.

 
Təsiredici maddə : 1 tabletin tərkibində 780 mq metforminə ekvivalent miqdarda 1000 mq metformin hidroxlorid vardır.

Köməkçi maddələr : PVP K 90 , maqnezium stearat , opadry II85F190000 təmiz.