PROVAZ

PROVAZ

10.55 AZN
Şəffaf , rəngsiz maye.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Ürəyin işemik xəstəliklərinin və dishormonal kardiomiopatiyaların kompleks müalicəsinin tərkibində : beynin qan təchizatının

kəskin və xroniki pozğunluqları : hemoftalm və tor qişaya müxtəlif etiologiyalı qansızmalar , tor qişanın mərkəzi venasının və

onun şaxələrinin trombozu , müxtəlif etiologiyalı retinopatiyalar : əmək qabiliyyətinin zəifləməsi , fiziki yüklənmə : xroniki

alkoholizm zamanı abstinensiya sindromu.

ƏKS GÖSTƏRİŞLƏRİ :

Preparatın komponentinə qarşı yüksək həssaslıq.Yüksəlmiş kəllədaxili təzyiq.Mərkəzi sinir sisteminin üzvi zədələnmələri uşaq

yaşları.Hamiləlik və laktasiya dövrü.

XÜSUSİ GÖSTƏRİŞLƏR :

Qaraciyər və böyrəklərin xroniki xəstəlikləri zamanı preparat ehtiyatla istifadə olunmalıdır.Stimuləedici effekt mümkün

olduğundan.Provaz preparatını günün birinci yarısında təyin olunması məqsədəuyğundur.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Preparatın hamiləlik dövründə istifadəsi zamanı təhlükəsizliyi sübut olunmamışdır və ona görə də hamilə qadınlara təyin etmək

məsləhət deyildir.Provaz ilə müalicə dövründə ana südü ilə qidalandırma dayandırılmalıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Preparat yaşlılara aşağıdakı dozalarda vena daxilinə və parabulbar yeridilir:

Ürək – damar xəstəliklərində.

Kompleks müalicənin tərkibində - gündə 0,5 – 1 q , bütün doza birdəfəyə yaxud da 2 bərabər hissəyə bölünməklə 2 dəfəyə

yeridilə bilər.Müalicə kursu – 4 – 6 həftə.

Beyin qan dövranının pozulmalarında.

Kəskin fazada – 10 gün ərzində gündə 1 dəfə 0,5 q ( 5 ml ) vena daxilinə yeridilir və sonradan peroral qəbula keçilir.

Xroniki pozğunluqda – peroral dərman formasından istifadə olunur.Təkrar müalicə kursları həkimlə məsləhətləşdikdən sonra

mümkündür.

ƏLAVƏ TƏSİRLƏRİ :

Ürək – damar sisteminə : nadir hallarda – taxikardiya , aritmiya , arterial təzyiqin dəyişməsi.

Qanyaranma sistemi tərəfindən : eozinofiliya.

Mərkəzi sinir sisteminə : nadir hallarda – başgicəllənmə , başağrısı , psixomotor pozğunluq , paresteziya , tremor.

Mədə - bağırsaq traktı : nadir hallarda ishal , ürəkbulanma , qusma , qarında ağrılar , dispeptik hallar.

Allergik reaksiyalar : nadir hallarda – dəridə hiperemiya və qaşınma , məxmərək səpgiləri , angionevrotik.

DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddinin aşılmasına dair məlumatlara rast gəlinmir.Provaz preparatı az toksikidir.Arterial təzyiqin enməsi , baş ağrısı ,

başgicəllənmə , ümumi halsızlıq mümkündür.

 
Təsiredici maddə : 1 ml məhlulun tərkibində 100 mq meldonium vardır.

Köməkçi maddələr : inyeksiya üçün su.

  Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqəsaxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.