KLAVERA BİD 1000 MG

KLAVERA BİD 1000 MG

10.22 AZN
Uzunsov , ağ rəngli , bir qədər qabarıq , iysiz , homogen , tərəfində " DEVA " basma yazılı , digər tərəfində bölmə xətti olan örtüklü

tabletlərdir.

ƏKS GÖSTƏRİŞLƏR :

Anamnezdə penisillinlər və sefalospinlər kimi beta – laktam antibiotiklərə və ya preparatın tərkibindəki komponentlərdən hər

hansı birinə qarşı yüksək həssaslıq.

Anamnezdə amoksisilin/klavulan turşusu və ya pensillindən istifadəsi ilə əıaqəli sarılıq/qaraciyər çatışmazlığı.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Klavera Bid açağıda sadalanan ampksisillinə davamlı beta – laktamazalar hasil edən ştammlar tərəfindən törədilən

infeksiyaların müalicəsi üçün istifadə olunur.

·  Yuxarı tənəffüs yollarının infeksiyaları : tonzillit , sinusit , orta otit

·  Aşağı tənəffüs yollarının infeksiyaları

·  Sidik – cinsiyyət sisteminin infeksiyaları

·  Dəri və yumşaq toxumaların infeksiyaları

·  Odontogen infeksiyalar

·  Sümük və oynaqların infeksiyaları

·  Digər : septik abort , doğuşdan sonrakı infeksiyalar

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik

Hamilə qadınlarda istifadəsinə dair təcrübə məhdud olduğundan bütün digər dərmanvasitələrində olduğu kimi , əgər həkim

zəruri bilmirsə , istifadəsindən çəkinmək lazımdır , xüsusən də ilk trimestrdə.

Laktasiya

Preparatın hər iki təsiredici maddə ana südünə keçir.Laktasiya dövründə amoksisillin/klavulan turşusu yalnız ehtimal olunan

fayda potensial riskdən üstün olduqda istifadə olunmalıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Tabletlər bütöv çeynənilmədən udulur.Ehtiyac olarsa tabletlər iki hissəyə bölünərək çeynənilmədən əvvəl udula bilər.

Böyüklər və bədən kütləsi 40 kq və çox olan uşaqlar

Tövsiyə olunan doza :

- standart doza : gündə 2 dəfə 1 tablet

- yüksək doza : gündə 3 dəfə 1 tablet

Bədən kütləsi 40 kq – dan az olan uşaqlar.

Uşaqlar amoksisillin/klavulan turşusunun tablet və suspenziya fərmaları qəbul edilə bilər.

Tövsiyyə olunan doza :

- gündəlik doza 25 mq/3,6mq/kq – dan 45 mq/6,4mq/kq – a qədər iki bərabər dozaya bölünür :

- gündəlik doza 70 mq/10mq/kq – a qədər iki bərabər dozaya bölünür.

Təsiredici maddə : 1 tabletin tərkibində 875 mq amoksisillin , 125 mq klavulan turşusu.

Köməçi maddələr : natrium nişasta qlikolyatı , mikrokristallik sellüloza , kolloidal silisium dioksid , susuz kolloidal silisium dioksid ,

manezium stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.