Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

LEKSASİN

16.22 AZN
LEKSASİN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Leksasin 500 mq/100 ml böyüklərdə aşağıda qeyd olunan infeksiyaların müalicəsi üçün göstərişdir.

- Xəstəxanadan kənar pnevmoniya

- Dərinin və yumşaq toxumlarının ağırlaşmış infeksiyaları

Yuxarıda göstərilən infeksiyaların müalicəsi üçün preparatın istifadəsi o zaman mümkündür ki , bu infeksiyaların müalicəsi

üçün ilk növbədə tövsiyə olunan antibakterial asitələrin tətbiqi məqsədəuyğun deyil.

- Pielonefrit və sidikqovucu yolların ağırlaşmış infeksiyaları

- Xroniki bakterial prostatit

- Sibir xorasının inhalyasion forması : postkontakt profilaktika və radikal müalicə

ƏKS GÖSTƏRİŞLƏR :

- levofloksasinə , digər xinolonlara və ya preparatın köməkçi maddələrinə qarşı yüksək həssaslıq

- epilepsiyalı pasiyentlər

- anamnezdə digər xinolonların qəbulu nəticəsində vətər zədələnməsi

- uşaqlar və yeniyetmələr

- hamiləlik

- laktasiya dövrü

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik

Hamilə qadınlarda levofloksasinin istifadəsinə aid məlumatlarməhdud dərəcədədir.Heyvanlar üzərində aparılan tədqiqatlar

reproduktiv toksiklik ilə bağlı birbaşa və ya dolayı zərərli təsirin olmasını göstərmir.İnsanlara aid olan və eksperimental

məlumatların olmaması və böyüyən orqanizmdə oynaq qığırdağının xinolonlar ilə zədələnmə mümkün olduğu üçün

levofloksasin hamilə qadınlarda istifadə olunmamalıdır.

Laktasiya

Levofloksasin 500 mq/100 ml infuziya üçün məhlul laktasiya dövründə əks göstərişdir.Levofloksasinin ana südünə ekskersiyası

haqda kifayət qədər məlumat yoxdur , lakin digər ftorxinolonlar ana südünə nüfuz edirlər.

İnsalara aid olan və eksperimental  məlumatların olmaması və böyüyən orqanizmdə oynaq qığırdağının xinolonlar ilə

zədələnmə mümkün olduğu üçün levofloksasin laktasiya dövründə  istifadə olunmamalıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Leksasin 500 mq/100 ml infuziya üçün məhlulu gündə 1 – 2 dəfə tədrici venadaxili infuziya yolu ilə yeridilir.Dozalanma

infeksiyanın növündən və ağırlıq dərəcəsindən , həmçinin güman edilən törədicinin həssaslığından asılıdır.İnfuziya üçün

məhlulun venadaxili yeridilməsindən sonra müalicə preparatın peroral formaları ilə davam etdirilə bilər.Peroral və parenteral

formaların bioekvivalentliyini nəzərə alaraq , eyni dozalar istifadə edilə bilər

ƏLAVƏ TƏSİRLƏRİ :

İnfuziya üçün məhlulun istifadəsi zamanı yaranan arzuolunmaz təsirlər rast gəlmə tezliyinə görə aşaöıdakı kimi təsnif edilir :

çox tez – tez ( ≥ 1/10 ) tez – tez ( ≥ 1/100 , < 1/10 ) : bəzən ( ≥ 1/1000 , < 1/100 ) : nadir hallarda ( ≥ 1/10000 , < 1/1000 ) 

Psixi pozğunluqlar :

Tez – tez : yuxusuzluq

Bəzən : həyəcan , huşun dolaşıqlığı , əsəbilik

Nadir hallarda :psixotik reaksiyalar , depressiya , tşviş , gecə  vahimələri.

Sinir sistemi tərəfindən pozğunluqlar :

Tez – tez : baş ağrısı , başgicəllənmə

Bəzən : yuxululuq , tremor , disqevziya

Nadir hallarda : konvulsiyalar

Görmə orqanı tərəfindən pozğunluq :

Nadir hallarda dumanlı görmə kimi vizual pozğunluq

Tezliyi məlum olmayan : periferik sensor neyropatiya , parosmiya , anosmiya  daxil olmaq , diskineziya , ekstrapiramid

pozğunluqlar , aqevziya , özündən getmə , xoşxassəli kəllə daxili hipertenziya.

DOZA HƏDDİNİN AŞILMASI :

Heyvanlar üzərində aparılmış tədqiqatlardan alınan məlumatlara əsaslanaraq preparatın doza həddinin aşılmasının ən mühüm

gözlənilən əlamətləri mərkəzi sinir sistemi tərəfindən olan əlamətlərdir.


 
Təsiredici maddə : 100 ml məhlulun tərkibində 500 mq levofloksasin  vardır.

Köməkçi maddələr :natrium xlorid , natrium hidroksid , xlorid turşusu , inyeksiya üçün su.