SEDAVİT

SEDAVİT

5.60 AZN
Bej rəngdən qəhvəyi rəngə qədər , oval formalı , ikitərəfli qabarıq , əlavələri olan tabletlər : tabletin bir tərəfinin üzərində bölmə

xətti vardır.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Daimi psixi gərginlik halları : əsəbilik , həyəcan , qorxu , yorğunluq , yaddaşın  pozulması , psixi  zəiflik və diqqətsizlik ilə müşayiət

olunan nevrasteniya və nevrastenik reaksiyalar : hipertenziv və kardial tipli neyrosirkulyator distoniya : astenik sindrom : arterial

hipertenxiyanın  I mərhələsi : yuxusuzluq : qaşınma ilə dermatozlar : sinir gərginliyi ilə bağlı baş ağrıları : miqren : klimakterik

sindrom zamanı və dismenoreyanın yüngül formalarında simptomatik vasitə kimi : həmçinin qalxanabənzər vəzinin

xəstəliklərində və şəkərli diabet zamanı əmələ gələn simptomların müalicəsi üçün.

ƏKS GÖSTƏRİŞLƏR :

Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq , depressiya və mərkəzi sinir sisteminin fəaliyyətinin tormozlanması ilə
müşayiət edilən hallar , bronxial astma , spazmofiliya , nəzərəçarpan arterial hipotenziya , bradikardiya , miasteniya mədə və

12 barmaq bağırsağın xora xəstəliyi , ürəyin işemik xəstəliyi , qaraciyər xəstəlikləri , hiperurekimiya , podaqra ,

dekompensasiya olunmuş şəkərli diabet , böyrəkdaşı xəstəliyi.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik və laktasiya dövründə preparatşn istifadəsi tövsiyə olunmur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara preparat sutkada 3 dəfə 2 tablet dozada təyin edilir.Preparat çeynənilmədən bir qədər

su ilə udulmalıdır.Ürəkbulanma əmələ gəldiyi hallarda preparatı yemək vaxtı qəbul etmək lazımdır.Ehtiyac olduqda birdəfəlik

doza 3 tabletə qədər artırıla bilər.sinir sistemində arzuolunmaz reaksiyalar əmələ gələrsə , sutkada 3 dəfə 1 tablet təyin edilir.

Müalicənin davametmə müddəti xəstəliyin foormasından və simptomların ağırlığından , yanaşı gedən müalicənin

xarakterindən , müalicədən əldə edilmiş effektdən asılıdır və həkim tərəfindən müəyyən edilir.

 
Təsredici maddələr : 1 tabletin tərkibində quru maddəyə nəzərən 170,0 mq qatı sedavit ekstraktı , 3 mq B6 vitamini , 15 mq PP

vitamini vardır.

Köməkçi maddələr : kartof nişastası : natrium kroskarmelloza : laktoza monohidrat : mikrokristallik sellüloza : kalsium stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.