AKRİDERM QK 15 q krem
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
Hiperkeratozla müşayiət olunan dermatozların yerli müalicəsi : psoriaz , məhdud və diffuz neyrodermit , qırmızı yastı dəmrov ,
ekzema , dishidrotik dermatit , ixtioz və ixtiozformalı dəyişikliklər.
ƏKS GÖSTƏRİŞLƏR :
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq , dəri vərəmi , perioral dermatit , çəhrayı çivzə , xroniki
venoz çatışmazlıq fonunda trofik xoralar , dəri şişləri , açıq yaralar , laktasiya dövrü , 1 yaşa qədər uşaq yaş dövrü.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Xaricə istifadə olunur.
Akriderm QK gündə 2 dəfə səhər və axşam nazik təbəqə şəklində dərinin zədələnmiş sahəsinə yaxılır.
Digər istifadə tezliyi xəstəliyin ağırlığından asılı olaraq həkim tərəfindən təyin edilə bilər.
ƏLAVƏ TƏSİRLƏRİ :
Qlükokortikosteroidlərin yerli istifadəsi zamanı aşağıdakı əlavə təsirlər müşahidə oluna bilər : yandırıcı hiss , qıcıqlanma ,
dərinin quruluğu , follikulit , hipertrixoz , çivzəyəbənzər səpgi , hipopiqmentasiya , perioral dermatit.Uzun müddət istifadə
zamanı , həmçinin okklüzion sarğının istifadə edilməsi zamanı – dərinin yumşalması , ikincili infeksiya , dərinin atrofiyası ,
tərləmə , purpura.
Təsiredici maddə : 100 q məlhəmin tərkibində 100 % maddəyə nəzərən 0,064 mq betametazon dipropionat, 100 % maddəyə
nəzərən 1 q klotrimazol , gentaminizə nəzərən 0,1 genamisin turşusu vardır.
Köməkçi maddələr : vazelin , vazelin yağı.