ZALASTA

ZALASTA

13.80 AZN
N 28 tabletka 
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Preparat şizofeniyanın müalicəsi üçün istifadə edilir.

Zalasta preparata qarşı ilk müsbət reaksiyası olan xəstələrdə uzunmuddətli müalicə zamanı klinik

simptomatikanın yaxşılaşmasını effektiv dəstəkləyir.Zalasta preparatı maniyanın orta və ya ağır dərəcəli

epizodlarının müalicəsi üçün təyin edilir.

Maniakal epizodları olan xəstələrdə olanzapindən yaxşı effektiv müalicə zamanı preparat bipolyar pozğunluqda

maniyanın residivlərinin profilaktikası üçün təyin edilir.

ƏKS GÖSTƏRİŞLƏR :

·  Olanzapinə və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq :

·  Bağlıbucaqlı qlaukoma :

·  18 yaşa qədər uşaqlar :

·  Laktasiya dövrü :

·  Qalaktozaya qarşı nadir irsi dözümsüzlük , Lapp laktaza çatışmazlığı və  qlükoza – qalaktoza 

malabsorbsiyası :

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜ :

Hamilə qadınlarda preparatdan istifadənin məhdud təcrübəsi ilə bağlı  olanzapin hamiləlik zamanı yalnız ana

üçün gözlənilən faydası döl üçün potensial riskdən üstün olduğu halda istifadə edilə bilər.Qadınlar olanzapindən

müalicə fonundan baş vermiş və ya planlaşdırılmış hamiləlik barədə həkimə məlumat verməlidirlər.

Tədqiqatda aşkar olunmuşdur ki , olanzapin ana südü ilə xaric olunur.Anada tarazlıq konsentrasiyasına çatdığı

zaman uşaqda qəbul olunmuş orta dozalanma ananın olanzapin dozasının 1,8 % - ni təşkil

etmişdir.Olanzapindən müalicə fonunda ana südü ilə qidalandırma tövsiyə olunmur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Daxilə sutkada 1 dəfə.preparatın sorulmasına qıdanın təsiri olmadığına görə Zalasta tabletləri qida qəbulundan

asılı olmadan istifadə edilir.Preparat ləğv olunduğu halda dozanın tədricən azaldılması tövsiyə edilir.

Şizofreniya : preparatın tövsyə edilən başlanğıc dozası – sutkada 10 mq.

Maniya epizodu : monoterapiya zamanı başlanğıc doza birdəfəlik 15 mq təşkil edir və ya kombinəolunmuş

müalicənin tərkibində - sutkada 10 mq.

ƏLAVƏTƏSİRLƏRİ :

Əlavə effektlərin baş verməsinin tezliyinin təsnifatı ( ÜST ) :

Çox tez – tez   > 1/10

Tez – tez  > 1/100 - < 1/10

Bəzən  > 1/1000 - < 1/100

Nadir   >  1/10000 - < 1/1000

Çox nadir  <  1/1000 , tək – tək məlumatlar daxil olunmaqla.

DOZA HƏDDİNİN AŞILMASI :

Simtomları : olazapinin doza həddinin aşılması zamanı çox tez – tez taxikardiya , oyanıqlıq/aqressiya ,

dizartriya , müxtəlif ekstrapiramid simptomlar , şüurun səviyyəsinin tormozlanmadan komayadək enməsi baş

verir : 2 % - dən az aşağıdakı hallar əmələ gəlir : delirium , konvulsiyalar , koma , bədxassəli neyroleptik

sindromu , tənəffüsün zəifləməsi , aspirasiya , arterial təzyiqin enməsi və ya yüksəlməsi , ürək aritmiyalar :

çox nadir hallarda – ürək – ağ ciyər  çatışmazlığı.


 
 
5 mq – lıq tabletlər : yumru , sarımtıl rəngdə , ikitərəfli cüzi qabarıq , sarı rəngdə tək – tək mümkün əlavələrlə və üzərində 5

rəqəmi yazılan tabletlər.

10 mq – lıq tabletlər : yumru , sarımtıl rəngdə , ikitərəfli cüzi qabarıq , sarı rəngdə tək – tək mümkün əlavələrlə və üzərində 10

rəqəmi yazılan tabletlər.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.