DAYTRİX 1g/3.5 ml

DAYTRİX 1g/3.5 ml

5.51 AZN
Ağımtıl və yaxud sarımtıl rəngli kristallik bir qədər gigroskopik toz.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Seftriaksona qarşı həssasmikroorqanizmlər tərəfindən törədilən xəstəliklərin müalicəsində istifadə olunur :

- tənəffüs orqanlarının infeksiyaları , xüsusilə , pnevmoniya və LOR – orqanların – infeksiyaları :

- sümük və oynaqların infeksiyaları :

- dəri və yumşaq tocumaların infeksiyaları :

- böyrək və sidikqovucu yolların infeksiyaları :

- cinsi orqanların infeksiyaları həmçinin süzənək :

- qarın boşluğu üzvlərinin infeksiyaları :

- sepsis :

- meningit :

- immun sistemi zəif olan xəstələrdə infeksilara :

- infeksiyalaşmış yaralar və yanıqlar :

- cərrahi əməliyyatdan sonrakı infeksiyaların profilaktikası :

ƏKS GÖSTƏRİŞLƏRİ :

Sefalosporinlər və penisillinlərə qarşı yüksək həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ :

Seftriakson plasentar baryerdən keçir.Hamilələrdə preparatın təhlükəsizliyi hələ müəyyən olunmayıb.Aparılan kliniki

tədqiqatlarda seftriaksonun embriotoksik ,

fetotoksik , teratogen və habelə , doğuş prosesinə , dölün perinatal , postnatal inkişafına mənfi təsirləri aşkar olunmayıb.

Seftriakson ana südünə keçir , ona görə südəmər uşağı olan analara ehtiyatla təyin olunmalıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar :

1 – 2 q gündə bir dəfə ( hər 24 saatdan bir ).Ağır hallarda və yaxud seftriaksona qarşı orta həssas olan mikroorqanizmlər

tərəfindən törədilən infeksiyalarda , gündəlik doza 4 q – dək artırılır.

Yenidoğulmuşlar , körpələr və 12 yaşdan aşağı uşaqlar :

 Yenidoğulmuşlar ( 14 günə qədər ) – 20 – 50 mq/kq , sutkalıq doza 50 mq/kq artıq olmamalıdır.Vaxtından əvvəl və vaxtında

doğulan uşaqlar arasında doza fərqi yoxdur : körpələr və 12 yaşa qədər uşaqlar – 20 – 80 mq/kq , 50 kq və artıq çəkisi olan

uşaqlara böyüklər üçün qəbul olunan doza təyin olunur.Preparat 50 mq/kq artıq dozada venadaxilinə 30 dəqiqə ərzində

yeridilməlidir.

Yaşlı və qoca xəstələr :

Yaşlı və qoca xəstələrdə böyüklər üçün qəbul olunan dozalar təyin olunur.

ƏLAVƏ TƏSİRLƏRİ :

Adətən , preparat xəstə tərəfindən yaxşı qəbul olunur.Nadir hallarda , 1 – 2 % xəstələrdə əlavə təsir qeyd oluna bilər.Ümumi

əlavə təsirlər.MBS tərəfindən : ürəkbulanma , qusma , ishal , stomatit , qlossit.Qan yaradıcı sistemi tərəfindən : eozinofiliya ,

leykopeniya , qranulositopeniya , hemolitik anemiya , trombositopeniya.

Dəri reaksiyaları : ekzantema , allergik dermatit , örə , ödem , eritema.

Təsiredici maddə : 1 flakonda 1 q seftriakson

Köməkçi maddə : inyeksiya üçün su.

Həlledici : 1 % - li lidokain hidroxlorid məhlulu

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.