AVİCALSİN

AVİCALSİN

18.50 AZN
200 ml sirop
İSTİFADƏSİNƏ DAİR TÖVSİYƏLƏR :

Vasitənin istifadəsi aşağıdakı vəziyyətlərdə tövsiyə olunur :

- raxit və osteomalyasiyanın müalicə və profilaktikası :

- uşaqlarda kalsium defisiti zamanı ( əmgəyin gec bağlanması , dişlərin gec çıxması , osteopatiyalar , boy artımının ləngiməsi ) :

- D vitamini defisiti zamanı ( süni qidalanan , açıq havada az olan uşaqlar ) :

- intensiv boyatma dövründə boy artımının ləngiməsi :

- preparatın komponentlərinə qarşı tələbatın artması halları :

- sınıqlardan sonra reabilitasiya dövründə :

- diuretiklərin , qlükokortikoidlərin , qıcolma əleyhinə preparatların , immunodepressantların , antasidlərin , hormonal

preparatların uzunmüddətli qəbulu zamanı :

İSTİFADƏSİNƏ DAİR MƏHDUDİYYƏTLƏR :

Komponentlərinə qarşı hiperhəssaslıq , hiperkalsiemiya , D
3 vitamininin hipervitaminozu.

İSTİFADƏ QAYDASI :

2 yaşadək uşaqlar – 5 ml gündə 2 – 3 dəfə

3 – 12 yaş uşaqlar – 10 ml gündə 2 – 3 dəfə

Böyüklər , hamilələr , pəhriz saxlayanlar – 10 ml gündə 2 dəfə istifadə etməlidir.

ƏLAVƏ TƏSİRLƏR :

Adətən yaxşı qəbul olunur.Nadir hallarda uzunmüddətli qəbul zamanı hiperkalsiemiya müşahidə oluna bilər

Şərbətin hər 10 ml – də vardır :

Kalsium – 44,5 mg , Magnezium laktat – 8,85 mg.

Sink laktat – 1,36 mg , D
3 vitamini – 200 BV.

Köməkçi maddələr : qlükoza – fruktoza şərbəti , limon turşusu , ksantan kitrəsi , natrium – benzoat , kalium – sorbat , təbii çiyələk

ətri.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.