Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

VALDİPİN 5MG /160 MG

11.83 AZN
VALDİPİN 5MG /160 MG
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Arterial hipertenziyalı şəxslərdə yüksəlmiş qan təzyiqinin azaldılması məqsədilə təyin edilir :

·  Monoterapiya effektiv olmadıqda

·  Bir neçə antihipertenziv dərman vasitələri ilə kombinasiya tələbat olunduqda :

·  Arterial hipertenziyanın orta ağırlıqlı və ya ağır gedişi :

·  İnsult , ürək çatışmazlığı və ya stenokardiya kimi beyin – damar və ya ürək – damar hadisələrin yüksək riski mövcud 

olduqda :

·  Digər təcili klinik yaxşılaşması tələb edən vəziyyətlərdə :

ƏKS GÖSTƏRİŞLƏR :

Dərmanın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq : şiddətli qaraciyər və ya böyrək çatışmazlığı : hamiləlik və ya

hamiləliyin planlanma dövrü : şəkərli diabetdə aliskiren tərkibli antihipertenziv vasitələrin qəbulu :

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜ :

Dölün sağlamlığı və həyatı üçün ciddi təhlükənin mövcudluğu səbəbilə amlopidin və valsartan hamiləliyi olan və ya

planlaşdıran qadınlarda qəbul edilməməlidir.

Əmizdirən analarda amlodipinin və valsartanın təhlükəsizliyi haqda kifayət qədər klinik təcrübənin olmaması səbəbilə bu

dövrdə Valdipin – in qəbul edilməməsi tövsiyə olunur.

ƏLAVƏ TƏSİRLƏRİ :

Əlavə təsirlər aşağıdakı qaydada təsnifləşdirilmişdir.

Sıx – sıx baş verən əlavə təsirlər  -  ≥ 10% xəstədə müşahidə olunduqda

Adətən baş verən əlavə təsirlər  -  < 10% və ≥ 1% xəstədə müşahidə olunduqda

Ara bir baş verən əlavə təsirləri  -  < 1 % ≥ 0,1 % xəstədə müşahidə olunduqda

Nadir baş verən əlavə təsirlər  -  < 0,1 %  və ≥ 0,01% xəstədə müşahidə olunduqda

Çox nadir baş verən əlavə təsirlər  - < 0,01% xəstədə müşahidə olunduqda

DOZA HƏDDİNİN AŞILMASI :

Amlodipinin insanlarda maksimum tövsiyə olunan dozası təqribən 0,167 mq/kq təşkil edir.Amlodipinin doza həddinin aşılması

qabarıq təzahür etmiş periferik vazodilatasiya və hipotenziya ilə müşayiət olunur.İnsanda amlodipinin doza həddinin

aşılmalarının klinik təcrübələri məhduddur , şok və fatal nəticələrə gətirib çıxara bilən uzunmuüddətli sistem hipotenziya ilə

müşayiət olunur.

Təsiredici maddə : hər örtüklü tabletin tərkibinə 5 mqamlodipin və 160 mq valsartan daxildir.

Köməkçi maddələr : jelatinizəolunmuş nişasta , kolloidal silisium dioksid , mikrokristallik sellüloza , krospovidon – A , maqnezium

– stearat , hidroksipropilmetilsellüloza , polietilenqlikol , talk , titanium dioksid , qırmızı dəmir oksidi , sarı dəmir oksidi.