KADE KİD 200ML

KADE KİD 200 ML

19.00 AZN
200 ml sirop
İSTİFADƏSİNƏ DAİR TÖVSİYƏLƏR :

Vasitənin istifadəsi aşağıdakı vəziyyətlərdə müalicə və profilaktika məqsədilə tövsiyə olunur :

- düzgün qidalanmama fonunda kalsium və xolekalsiferolun orqanizmdə çatışmazlığı zamanı :

- raxitin müalicəsi və profilaktikası üçün , uşaqlarda kalsium defisiti əlamətlərində :

- uşaqlarda intensiv boy artımıdövrü zamanı :

- dişlərin və parodont xəstəliklərinin profilaktikası üçün :

- qıcolma sindromu zamanı , spazmofiliyalarda :

- sınıqlardan sonra reabilitasiya zamanı :

- diuretiklərin , qıcolmaəleyhinə vasitələrin və qlükokortikoidlərin uzunmüddətli qəbulu zamanı.

İSTİFADƏSİNƏ DAİR MƏHDUDİYYƏTLƏR :

Vasitənin komponentlərinə qarşı fərdi həssaslıq , 6 ayadək uşaqlar , hiperkalsemiya , hiperkalsuriya , xroniki böyrək

çatışmazlığı , nefrourolitiaz , nefrokalsinoz , fenilketonuriya , D3 hipervitaminozu , vərəmin fəal formaları , sarkoidoz.

İSTİFADƏ QAYDASI :

6 – 12 aylıq uşaqlara 2,5 ml ( ½ çay qaşığı ) gündə bir dəfə təyin olunur.

1 – 2 yaşlı uşaqlarda 2,5 ml ( ½ çay qaşığı ) gündə iki dəfə təyin olunur.

2 – 6 yaşlı uşaqlarda  5 ml ( 1 çay qaşığı ) gündə iki dəfə təyin edilir.

6 – 14 yaşlıuşaqlarda 5 ml ( 1 çay qaşığı ) gündə 3 dəfə təyin olunur.

İstifadədən əvvəl şərbət yaxşı çalxalanmalıdır.
 


Kalsium – laktat/qlükonat – 1000 mq

D3 vitamini ( xolekalsiferol ) – 1,9 mq

MK – 7 ( menaxinon – 7 ) – 15 mq

Zərdəçalın efir yağı – 10 mq

Köməkçi maddələr : sorbitol , dekstroza , kalium – sorbat , çiyələk ətri , antosian  boyası , təmizlənmiş su
.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.