Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

GEROLİN ROMFARM

18.52 AZN
GEROLİN ROMFARM
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

- işemik insultun kəskin dövrü :

- işemik və hemorragik insultun bərpa dövrü :

- kəllə - beyin travması , kəskin və bərpa dövrü :

- baş beynin degenerativ və damar etiologiyalı xəstəlikləri zamanı koqnitiv  pozğunluqlar :

ƏKS GÖSTƏRİŞLƏR :

- preparatın komponentlərinə qarşı yüksək həssaslıq :

- vaqonotiya ( vegetativ sinir sisteminin parasimpatik hissəsinin tonusunun üstün  olması ) :

- 18 yaşa qədər uşaqlar :

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Preparat hamiləlik dövründə yalnız o halda istifadə oluna bilər ki , ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün

olsun.

Laktasiya dövründə preparatın istifadəsi lazım gələrsə , o zaman ana südü ilə qidalandırmanın dayandırılması tövsiyə olunur.

PEDİATRİYADA İSTİFADƏSİ :

Uşaqlarda və 18 yaşa qədər uşaqlarda preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən olunmayıb.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Venadaxili və əzələdaxili yeridilmə üçün məhlul.

Venadaxili inyeksiya – yavaş – yavaş ( 5 dəqiqə ərzində ) və ya venadaxili infuziya – damcı üsulu ilə təyin edilir.

İşemik insultun və kəllə - beyin travmasının kəskin dövrü : diaqnozu qoyulanda ilk gündən hər 12 saatdan bir 1000 mq :

müalicə müddəti 6 həftədən az olmayaraq.Müalicə başlayandan 3 – 7 gün sonra əzələdaxili yeridilməyə və ya daxilə qəbula

keçmək mümkündür.

ƏLAVƏ TƏSİRLƏRİ :

MSS və periferik sinir sisteminə : yuxusuzluq , başağrısı , başgicəllənmə , qıcıqlanma , tremor , iflic olan ətraflarda keyləşmə.

Həzm sisteminə : ürəkbulanma , iştahanın azalması , qaraciyər fermentlərinin aktivliyinin dəyişməsi.

Allergik reaksiyalar : səpgi , qaşınma , anafilaktik şok.

Digər : hərarət : nadir hallarda – qısamüddətli hipotenziv təsir , paeasimpatik sinir sisteminin stimulyasiyası.

DOZA HƏDDİNİN AŞILMASI :

Preparatın toksikliyinin aşağı olması ilə əlaqədar , hətta terapevtik dozalardan yüksək dozalarda istifadəsi zamanı , doza

həddinin aşılması halları təsvir edilməmişdir.
 

Təsiredici maddə : 1 ampulda 1000 mq sitikolin vardır.

Köməkçi maddələr : natrium hidroksid və ya xlorid turşusu , inyeksiya üçün su.