TİREGİS D

TİREGİS D

12.38 AZN
 Tiregis D tabletləri 40 mq/12,5 mq : Ağ və ya demək olar ki , ağ , oval , ikitərəfli qabarıq tabletlər.Tabletlərin "THʺ loqo oyması

vardır.Ölçüsü 6,55x13,6 mm.

Tiregis D tabletləri 80 mq/12,5 mq :

Ağ və ya demək olarki , ağ , kapsulabənzər tabletlər.Tabletlərin hər iki tərəfinə "THʺ 12,5 loqo oyması vardır.Ölçüsü 9x17 mm.

Tiregis D tabletləri 80 mq/25 mq :

Ağ və ya demək olar ki , ağ , oval , ikitərəfli qabarıq tabletlər.Tabletlərin bir tərəfində "THʺ loqo oyması vardır.ölçüsü 9x17
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Böyüklər telmisartanın təklikdə qəbulunun kifayət qədər effektiv olmadığı zaman yüksəlmiş arterial təzyiqi aşağı salmaq üçün

istifadə edilir.

ƏKS GÖSTƏRİŞLƏR :

·  əgər sizdə telmisartana və ya köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya :

·  hidroxlorotiazidə və ya digər sulfonamid törəmələrinə qarşı allergiya :

·  3 aydan çox hamiləlik zamanı :

·  qaraciyərin xolestaz və ya öd yollarının obstruksiyası kimi ağır zədələnmələri və ya qaraciyərin digər ağır xəstəlikləri :

·  böyrəklərin ağır xəstəlikləri :

·  əgər sizi müalicə edən həkim müəyyən etmişdirsə ki , sizdə kaliumun səviyyəsi aşağıdırsa və ya qanda kalsiumun kalsiumun

səviyyəsi yüksəkdirsə və  Triges D – ni qəbula başlayan andan bu pozğunluqlar davam edirsə :

·  şəkərli diabet və ya böyrəklərin funksional pozğunluqları zamanı , əgər bu zaman sizə tərkibində aliskiren olan dərman təyin

edilibsə :

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik

Əgər siz hamiləsinizsə , uşaq əmizdirirsinizsə , hamilə olduğunuzu düşünürsünüzsə və ya uşaq sahibi olmağı

planlaşdırırsınızsa , bu preparatı qəbul etməyə başlamazdan əvvəl bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.

Bu zaman həkimlər adətən hamiləlik baş verənə qədər və ya hamilə olduğunuzu hiss edən kimi , Tiregis D preparatının

qəbulunu dayandırmağı məsləhət görür və digər hipotenziv vasitə təyin edilir.

Laktasiya

Əgər siz uşaq əmizdirirsinizsə və ya buna hazırlaşırsınızsa , bu barədə həkiminizə məlumat verin.Uşaq əmizdirən analar

Tiregis D qəbul etmək tövsiyə edilmir.Həkim sizə uşaq üçün təhlükəsiz olan digər dərman vasitəsi seçə bilər.

İSTİFADƏ QAYDAZI VƏ DOZASI :

Bu dərmanı ciddi surətdə həkimin göstərişlərinə əməl etməklə qəbul etməklə qəbul etmək lazımdır.

Əgər siz nəyəsə əmin deyilsinizsə , müalicə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.Triges D tabletlərini qida qəbulundan asılı olmayaraq

qəbul etmək olar.Tabletləri su ilə və ya digər alkoqolsuz içkilərlə içərək qəbul etmək lazımdır.Həkim başqa cür tövsiyə etməzsə , Triges D

tabletlərini hər gün qəbul etməyi unutmayın.

Dozalanma rejimi :

Gündə 1 dəfə bir Tiregis D tableti qəbul etmək lazımdır.Tabletləri hər gün , günün eyni vaxtında qəbul etməyə cəhd edin.

ƏLAVƏ TƏSİRLƏRİ :

Bütün dərman preparatları kimi , bu preparat da hamıda olmasa da əlavə təsirlər törədə bilər.

Preparatdan istifadə olunan təcili tibbi müdaxilə tələb edən ciddi əlavə təsirlər meydana çıxa bilər.

DOZA HƏDDİNİN AŞILMASI :

Əgər siz təsadüfən qəbul etməli olduğunuz artıq Tiregis D tabletləri qəbul etmisinizsə , dərhal müalicə həkiminə , əczaçıya və

ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edin.

Təsiredici maddə :

Tiregis D 40 mq/12,5 mq :

Hər tabletin tərkibində 40 mq telmisartan və 12,5 mq hidroxlorotiazid vardır.

Tiregis D 80 mq/12,5 mq :

Hər tabletin tərkibində 80 mq telmisartan və 12,5 mq hidroxlorotiazid vardır.

Tiregis D 80 mq/25 mq :

Hər tabletin tərkibində 80 mq telmisartan və 25 mq hidroxlorotiazid vardır.

Köməkçi maddələr :

Maqnezium stearat , kalium hidroksid , meqlumin , povidon , natrium karboksimetilnişasta , mikrokristallik sellüloza , mannitol.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.