FİTİUM 120 ml

FİTİUM 120 ml

21.00 AZN
120 ml sirop
İSTİFADƏSİNƏ DAİR GÖSTƏRİŞLƏR :

*  Raxitin müalicə və profilaktikası :

*  Raxitəbənzər vəziyyətlərin korreksiyası :

*  Kalsium , fosfor və maqnezium defisitinin təzahürü kimi meydana çıxan müxtəlif patoloji hallar :

*  Hipokalsiemik və hipomaqniemik etaniya , spazmofiliya :

*  Metabolik mənşəli sümük yumşalmaları :

*  Sınıqlardan sonrakı bərpa dövrü :

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Həkim başqa cür təyinat verməzsə , Fitium yeməkdən 1 saat sonra aşağıda göstərilən dozada qəbul edilir :

0 – 1 yaş 5 ml gündə 1 dəfə :

1 – 3 yaş 5 ml gündə 2 dəfə :

3 yaşdan 10 ml yuxarı gündə 2 dəfə :

ƏKS GÖSTƏRİŞLƏR :

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.Qaraciyər və böyrəklərin kəskin və ya xroniki xəstəlikləri

, böyrək çatışmazlığı , aktiv vərəm prosesi , ürəyin orqanik xəstəlikləri.

ƏLAVƏ TƏSİRLƏRİ :

Müalicə həkiminin təyinatı və nəzarəti olmadan tərkibində D vitamini olan preparatların uzun müddət və ya yüksək dozada

qəbulu nəticəsində bu vitaminin hipervitaminozu meydana çıxa bilər.Bu əlamətlər əzələ , oynaq və baş ağrısı , ürəkbulanma ,

qusma şəklində özünü büruza verə bilər



Hər 5 ml – də :

Kalsium sitrat – 350 mq

D3 vitamini – 400 BV

Maqnezium – 180 mq

Sink – 10 mq

Selen – 25 mkq

B8 vitamini – 100 mq

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.