RUPİLİP 20 MG

RUPİLİP 20 MG

22.09 AZN
Rupilip 20 mq : yumru , qəhvəyi rəngdə , bir tərəfində “RSV 20” nişanı olan örtüklü tabletlər :
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Yalnız pəhrizə və qeyri – medikamentoz müalicəyə qarşı qeyri – kafi cavab olduğu halda böyüklərdə , yeniyetmələrdə və 6 yaş

və yuxarı uşaqlarda pəhrizə əlavə kimi birinci dərəcəli hiperxolesterinemiya və ya qarışıq dislipidemiyanın müalicəsi.

ƏKS GÖSTƏRİŞLƏRİ :

Aşağıda göstərilən hallarda preparat istifadə olunmur.

- rozuvastatinə və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq :

- qeyri – aydın etiologiyalı hallar daxil olmaqla , kəskin fazada qaraciyər xəstəlikləri : qan zərdabında transaminazaların

davamlı yüksəlməsi və qan zərdabında transaminazaların normanın yuxarı həddindən 3 dəfə çox artması :

- miopatiya :

- ağırböyrək çatışmazlığı :

Hamiləlik və laktasiya dövrü :

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Müalicədən əvvəl və müalicə davam etdiyi müddət ərzində xəstə standart hipoxolesterin pəhrizə riayət etməlidir.Müalicənin

məqsədindən və qəbul olunmuş müasir göstərişlərə müvafiq müalicəyə qarşı xəstənin cavab reaksiyasından asılı olaraq doza

fərdi seçilməlidir.

Bu preparat qidanın qəbulundan asılı olmadan sutkanın hər bir vaxtında istifadə edilir.

DOZA HƏDDİNİN AŞILMASI :

Prearatla doza həddinin aşıldığı hallarında spesufik müalicə yoxdur.Doza həddinin aşıldığı hallarında simptomatik və

dəstəkləyici müalicə təyin olunmalıdır.Qaraciyər funksiyasını və KFK səviyyəsini yoxlamaq lazımdır.

ƏLAVƏ TƏSİRLƏRİ :

Rupilipin istifadəsi zamanı arzuolunmaz effektlər dərəcəsi üzrə adətən yüngül və keçici olur.Nəzarətli klinik tədqiqatlarda

rozuvastatini qəbul edən şəxslərin arasında arzuolunmaz reaksiyalar səbəbindən müalicənin ləğv edilməsi xəstələrin 4% - də

müşahidə olunmuşdur.
 

Təsiredici maddə : hər tabletib tərkibində 10 mq , 20 mq və ya 40 mq rozuvastatin vardır.

Köməkçi maddələr : susuz laktoza , susuz kolloidal silisium 4 oksid , silisium 4 oksidlə modifikasiya olunmuş mikrokristallik.

Örtük : hipromelloza , mannitol , makroqol 6000 , titan 4 oksid , sarı dəmir oksidi , qırmızı dəmir oksidi , talk.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.