NEYROBUT  100 ML

NEYROBUT 100 ML

27.00 AZN
100 ml sirop

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :


- astenik və həyəcan - əsəbilik vəziyyəti , narahatlıq , qorxu , nevroz , psixopatiya , uşaqlarda kəkələmə və tiklər 

- yenidoğulmuşlarda beyin pozulmalarının aradan qaldırılması :

- epilepsiyanın və şizofreniyanın kompleks terapiyasında :

- üçlü sinirin nevralgiyası zamanı :

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA :

Qidadan 15 – 30 dəqiqə əvvəl daxilə qəbul edilir.

Uşaqlara :

- 3 yaşa kimi uşaqlara 1 ml sutkada 2 – 3 dəfə :

- 3 – 7 yaş uşaqlara 1 – 2 ml sutkada 3 dəfə :

- 7 – 14 yaş uşaqlara 5 ml sutkada 2 – 3 dəfə :

- 14 – 18 yaş uşaqlara 5 ml sutkada 3 dəfə :

Böyüklərə 5 ml sutkada 3 dəfə.

İstifadə müddəti 2 – 3 ay təşkil edir. 1 – 3 ay fasilədən sonra kurs müalicəni təkrarlamaq olar.

YAN TƏSİRLƏRİ :

Preparatın allergik potensialı yoxdur.Preparatın tərkib hissəsinə qarşı allergiya halları qeyd oluna bilər.

Təsadüf hallarda , qısamüddətli simptomlar qeyd edilə bilər : yuxululuq , baş ağrısı , başgicəllənmə , narahatlıq , öyümə.

Yuxarıda qeyd edilən hallar yarandıqda , preparatın qəbulunu dayandıraraq , həkimə müraciət etmək lazımdır.

ƏKS GÖSTƏRİŞLƏR :

Hiperhəssaslıq , böyrək çatışmazlığı , hamiləlik , laktasiya dövrü.
 

Miqdarı   miqdarı %-lə BTD*AİS*

İnqredintlər   1ml   15ml 

Aktiv maddələr 

Aminofenilyağ turşusu  50 mq  750 mq  50 %

B1 vitamini  0,12 mq  1,8 mq  164 %

( tiamin hidroxlorid )  ( 0,1524 mq )  ( 2,286 mq ) 

B6 vitamini  0,12 mq  1,8 mq  129 %

( piridoksin hidroxlorid )  ( 0,1452 mq )  (2,178 mq )

B2 vitamini  0,1 mq  1,5 mq  107 %

( riboflavin )  ( 0,1 mq )  ( 1,5 mq )

B12 vitamini  0,2 mq  3 mkq  120 %

( sianokobalamin )  ( 0,2 mq )  ( 3 mkq )

Köməkçi maddələr : şəkər şərbəti : konservant kalium sorbat.

BTD – birdəfəlik terapevtik doza

AİS – adekvat istifadə səviyyəsi.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.