FİNLİPSAL

FİNLİPSAL

7.15 AZN
Ağ rəngli , dairəvi , ikitərəfli qabarıq , üzərində bölmə xətti olan tabletlərdir.Tabletləri yarıya bölmək olar.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

·  Epilepsiya

Dərman preparatı qıcolma tutmaları zamanı istifadə üçün göstərişdir :

1.mürəkkəb parsial tutmalar :

2.generalizəolunmuş tutmalar :

3.qarışıq formalar :

·  Üçlü sinirin nevralgiyası :

Karbamazepin üçlü sinirin tipik nevralgiyası ilə ağrı sindromunun müalicəsi üçün göstərişdir.

·  Litium preparatları ilə müalicəyə cavab verməyən pasiyentlərdə bipolyar affektiv pozğunluqların profilaktikası.

ƏKS GÖSTƏRİŞLƏR :

Karbazepinlə , köməkçi maddələrdən hər hansı birinə və ya digər trisiklik antidepressantlara qarşı yüksək həssaslıq.

MAO – nun ibhibitorları ilə müalicə .

Anamnezdə sümük iliyinin funksional pozğunluğu.

Qulaqcıq – mədəcik blokadası.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamilə qadınlarda karbamazepinin istifadəsi ilə nəzarət olunan tədqiatlar aparılmamışdır.

Hamilə və hamiləliyi planlaşdıran qadınlara karbamazepini yalnız o halda t00əyin etmək olar ki , ana üçün fayda döl üçün

potensial  təhlükədən üstün olsun.

Laktasiya.

Karbamazepin ana südünə nüfuz edir , süddə onun konsentrasiyası isə qan plazmasındakı səviyyəsinin hətta 60 % - ni təşkil

edir.Südəmər uşaqlarda əlavə təsirlərin baş verməsi riskini nəzərə alaraq , preparatın qəbulu zamanıana südü ilə qidalandırma

dayandırılmalıdır.

ƏLAVƏ TƏSİRLƏRİ :

Karbamazepinlə müalicənin əvvəlində əgər ahıl yaşlı pasiyentlərdə həddindən artıq yüksək doza istifadə olunarsa , bəzi əlavə

təsirlərin çox tez – tez meydana çıxması qeyd edilə bilər.

·  Sinir sistemində baş verən pozğunluqlar : başgicəllənmə , başağrısı , ataksiya , yuxuyameyllik , yorğunluq hissi , diplopiya :

·  Həzm traktında baş verən pozğunluqlar : ürəkbulanma , qusma :

·  Dərinin yüksək həssaslıq reaksiyaları :

DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddinin aşılması zamanı zəhərlənmənin aşağıdakı simptomları müşahidə edilmişdir.

Sinir sistemində baş verən pozğunluqlar : mərkəzi sinir sisteminin depressiyası , deziorientiyası , yuxuyameyllik , oyanıqlıq.

Tənəffüs sistemində , döş qəfəsində və divarlığında baş verən pozğunluqlar : qeyri – müntəzəm tənəffüs , tənəffüsün 

ləngiməsi ,ağ ciyərlərin ödemi.

Mədə - bağırsaq traktında baş verən pozğunluqlar : anuriya , oliquriya , sidiyin ləngiməsi.


Resept əsasında satılır...
Təsiredici maddə : 1 tabletin tərkibində 200 mq karbamazepin vardır.

Köməkçi maddələr : mikrokristallik sellüloza , natrium karboksimetilsellüloza , susuz kolloidal silisium 4 oksid , maqnezium –

stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.